Ad,soyad: Zeynəb Əsgərova Fakultə: Təhsil 1 Qrup: 118 Fənn: Multikulturalizmə Giriş Mövzu


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi" fənni bir sıra yerli və xarici universitetlərdə tədris edilir



Yüklə 145,64 Kb.
səhifə2/2
tarix09.05.2023
ölçüsü145,64 Kb.
#110296
1   2
Multikulturalizm

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi" fənni bir sıra yerli və xarici universitetlərdə tədris edilir.
Layihənin davamlılığını təmin etmək, tədrisin keyfiyyətinə fəal nəzarət mexanizmini qurmaq, müəllimlərin fərdi öhdəliklərinin icra səviyyəsini yoxlamaq məqsədi ilə Mərkəz mütəmadi monitorinqlər keçirir. Artıq bir neçə universitetdə belə monitorinqlər aparılıb və müxtəlif dövlət qurumlarını təmsil edən mütəxəssislər fəal şəkildə bu işə cəlb olunublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Belarus Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi sahəsində monitorinq aparmaq üçün Belarus Respublikasında səfərdə olub.
Monitorinqin gedişatı və nəticələri barədə açıqlama verən O.Səmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qısa zamanda Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliği, Azərbaycanın dünyada multikulturalizmin həyat tərzi olduğu bir ölkə kimi tanıdılması məqsədilə mühüm işlər gördüyünü xatırladıb: "Cənab prezident İlham Əliyevin "Multikulturalizm Azərbaycanda həyat tərzidir" fikrini əsas götürərək, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə ölkəmizlə yanaşı, 7 xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur. Mənim də monitorinqdə iştirak etdiyim Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində 14 ölkədən olan 132 tələbə "Azərbaycan multikulturalizmi" fənnini keçir. Bu tələbələrə Azərbaycanı yaxından tanımaq imkanı yaradılır, onlar ölkəmizin qədim tarixi, zəngin ədəbiyyatı, xalqımızın adət-ənənələri, mədəni həyatı barədə geniş məlumatlar əldə edirlər, bu da Azərbaycanı yaxından tanımayan xarici vətəndaşlara vətənimizin dünya ölkələri sırasında yerini müəyyənləşdirməyə kömək edir. Tələbələrə müxtəlif sənədli filmlər nümayiş olunur, onlar əyani şəkildə Azərbaycan haqqında daha çox informasiya toplaya bilirlər. Təbii ki, bu fənnin davamlı olaraq dünyanın müxtəlif qabaqcıl universitetlərində tədris edilməsi Azərbaycanın dostlarının sayını artıracaq, beynəlxalq akademik dairələrdə də ölkəmiz haqqında məlumat bolluğu, ən əsas da, doğru, təhrif olunmayan, dəqiq, dürüst məlumat bolluğu yaranacaq. İnformasiya müharibəsi şəraitində bu bizim üçün son dərəcə vacib məqamdır".
Azərbaycan Multikulturalizminin Xaricdə Tədrisi
İzlədiyiniz Üçün,
Təşəkkürlər
Yüklə 145,64 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin