OLUNAN KİTABÇA Rus dilində. Yazılış tarixi 1928-1929-cu illər. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Cildin üzərində «Adresa ot Kommunista za 1928 i 1929 qod» qeyd olunmuşdur. 1928, 1929, 1930-cu illərdə olan kommunist abunəçilərin siyahısı və haqq-hesabı verilmişdir. Mətnin bir çox yerləri qırmızı və göy karandaşla bu (X) şəkildə pozulmuşdur.
Kitabçanın sonuncu səhifəsinə saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmış siyahı yapışdırılmışdır. AKF (b) XI Qurultayının və XX Bakı konfransının 1932-ci ildə Türk mədəniyyəti sarayında keçirilmiş sərginin siyahısı verilmişdir. Siyahını sərginin rəhbəri Şərifov tərtib etmişdir.
Ölçüsü: 22,5x35,5 sm; həcmi: 35+2 (boş) vərəq; fond 6, s.v. 339.
8.QOVLUQ Qovluqda «Kommunist» qəzetinin redaksiyası və baş kantorunun və «Molla Nəsrəddin» jurnalının müxtəlif sənədləri saxlanılır.
Ölçüsü:müxtəlif; həcmi: çox; fond 6, s.v. 344*.
9.QOVLUQ Qovluqda 1930-31-ci illərə aid müxtəlif rayonlardan «Molla Nəsrəddin» jurnalı abunəçilərinin siyahı cədvəlləri, əmanət kassası ilə hesablaşmalar, «Toxmaq» qəzeti, «Molla Nəsrəddin jurnalının 1928-ci il 36-cı nömrəsi, Ümumittifaq Sindikat Kağız Sənayesinə dair və müxtəlif haqq-hesab sənədləri saxlanılır.
Ölçüsü: müxtəlif; həcmi: çox; fond 6, s.v. 345*.
10.QOVLUQ Qovluqda «Ulduz» Bədii Foto-sinkoqrafiya tərəfindən «Molla Nəsrəddin» jurnalı redaksiyasına 1929-1930-cu illərə aid göndərilən hesab vərəqələri, «Molla Nəsrəddin» jurnalı və «Toxmaq» qəzetindən bir neçə ədəd saxlanılır.