23.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
(1907-1908-ci illərin xatirələri)
XI
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır. Üzərində «Dnevnik» sözü həkk olunmuş qırmızı rəngdə qalın cildi var. Dəftərin I vərəqində «Moi vospominaniə 1907/08 q.» qeyd olunmuşdur. 1907-1908-ci illərin xatirələridir.
Ölçüsü: 15,5x21,5 sm; həcmi: 35+17 (boş) vərəq; fond 6, s.v. 386*.
24.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
(1921-1922, 1926-1927, 1931-ci illərin xatirələri)
XII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqlərin hər iki üzünə qara karandaşla yazılmışdır. Dəftərin üz vərəqində «Moi vospominaniə. 1921, 22, 26, 27, 31 qod» qeyd olunmuşdur. C.Məmmədquluzadə ilə bağlı 1921, 1922, 1926, 1927 və 1931-ci illərin xatirələridir. Xatirə 1921-ci ildə İrandan Bakıya gəlişləri ilə başlayır.
Ölçüsü: 14,5x21 sm; həcmi: 18 vərəq; fond 6, s.v. 386*.
Dostları ilə paylaş: |