Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə227/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   223   224   225   226   227   228   229   230   ...   295
35.HƏMİDƏ MƏMMƏDQULUZADƏ

«Tərcümeyi-hal»
Rus dilində. Yazılış tarixi 25 mart, 1930-cu il, Şuşa. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Başlıqda «Bioqrafiə» qeyd olunmuşdur. Məmmədbəyin nə­vəsi, Cəfərqulu bəyin oğlu Əhməd bəy Cavanşirin 1828-ci il, martın 2-də Kəhrizlidə anadan olması, ilk təhsilini molla­xanada alması, 1843-cü ildə Mehdiqulu xanla Peterburqa get­məsi, I Nikolayın istəyi ilə təhsil alıb işləməsi, Qafqazın tarixi, arxeologiya və etnoqrafiyası haqda əsərlərinin olması və yazılarının altında həmişə özünün tam adını göstərməsi barəsindədir.
Ölçüsü: 20,5x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 447*.
36.QEYD
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qa­ra karandaşla yazılmışdır. Həmidə xanımın «Molla Nəsrəd­dinlə» bağlı qeydləridir.
Ölçüsü: 11x31,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 357*.
37.QEYD
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Cizgili qoşa vərəqin bir üzünə bənövşəyi karandaş­la yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haq­qında yazdığı «Xatirələrim»in 37-ci səhifəsinə əlavədir. C.Məm­mədquluzadənin 1925-ci ildə «Molla Nəsrəddin» jur­nalının 2-ci nömrəsində dərc olunan «Yas çavuşu» adlı ki­çik məqaləsindəki qadın obrazı barəsindədir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 407*.
38.QEYD
Rus dilində. Yazılış tarixi 27 fevral, 1937-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Həmidə xanımın C.Məmmədquluzadə haqqında yazdığı «Xatirələrim»in 63-cü səhifəsinə əlavədir. C.Məmmədquluzadə ilə məhsuldar torpaq icarəyə götürmələri, əkmələri, mayın sonu-iyunun əvvəllərindəki Gəncə üsyanı barəsindədir.

Ölçüsü: 21x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
39.QEYD
Rus dilində. Yazılış tarixi 6 dekabr, 1936-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Həmidə xanımın C.Məmməd­qu­lu­za­də haqqında yazdığı «Xatirələrim»in 118-ci səhifəsidir. 4 yan­­var, 1932-ci il – yəni C.Məmmədquluzadənin vəfatı gü­nü barəsindədir.
Ölçüsü: 20,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 408*.
40.QEYD
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə ya­zılmışdır. Dəftərin vərəqləri nömrələnmişdir. Mətn boyu Azərbaycan dilində ərəb əlifbası ilə şeir parçaları vardır. H.Məm­mədquluzadə tərəfindən müxtəlif səhifələrə verilən qeydlər İbrahim-Xəlil xanın böyük oğlu, Azərbaycanın böyük şairlərindən olan «Azərbaycan tutisi» imzalı Əbülfət-xan (Cavanşir) barəsindədir.
Ölçüsü: 15x21,5 sm; həcmi: 4+4 (boş) vərəq; fond 6, s.v. 409*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin