3.BAFTAÇİ ŞAX ABBAS Rus dilində. Yazılış tarixi 10 fevral, 1941-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «10 fevral 1941. Həmidə x.» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.
K ŞEYX-ULĞ-İSLAMU Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. II vərəq yarıdan eninə kəsilmişdir. Başlıqda «2-oe pisğmo k Şeyx-ulğ-İslamu. Molla Nasr.» qeyd olunmuşdur. C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında 1907-ci il, 22-ci sayında «Molla Nəsrəddin» imzası ilə dərc olunan «Qafqaz Şeyx-ül-İslamına iki dənə açıq məktub (ikinci məktub)» məqaləsinin Azərbaycan dilindən tərcüməsidir. Həmidə xanım ədib haqqında rus dilində yazdığı «Xatirələrim» əsəri üçün tərcümə etmişdir.
Ölçüsü: 23x28 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 178*.
5.KRASNOE UTRO Rus dilində. Yazılış tarixi 21 may, 1936-cı il, Bakı. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Cizgili vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Sonda «Perevela Qamida xanum Mamedkulizade. 21 may 1936 q., Baku» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.