Tiflisdə Qafqaz Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin qanunnaməsi – Tiflis, 1908. Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Həcmi: 27 səhifə; fond 6, s.v. 556*.
Tiflisdə Qafqaz Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin 1909-cu ilindəki mədaxil və məxaric hesabı – Tiflis, 1910. Eyni mətn kitabçanın bir hissəsində Azərbaycan dilində ərəb əlifbası ilə, digər hissəsində isə rus dilində. Həcmi: 24 səhifə; fond 6, s.v. 558*.
Tiflisdə Qafqaz Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin 1910-cu ilindəki mədaxil və məxaric hesabı – Tiflis, 1911. Eyni mətn kitabçanın bir hissəsində Azərbaycan dilində ərəb əlifbası ilə, digər hissəsində isə rus dilində. Həcmi: 31 səhifə; fond 6, s.v. 558*.
Yusif Vəzir Çəmənzəminli. «Çörəkli Daşkənd» – Bakı, 1927. Azərbaycan dilində latın əlifbası ilə. Aleksandr Neverovun əsərinin tərcüməsidir. Şəkillidir. Həcmi: 105 səhifə; fond 6, s.v. 581*.
Şərq dillərində
Ağaməhəmməd Bağır Əliyullah. «İxtiyarat» və ya Axund Molla Məhəmməd Bağır Məclisi. «İxtiyarat» – h. 1303 (1885-86). Fars dilində. Səhifələrin kənarında qırmızı karandaşla qeydlər edilmişdir. Həcmi: 32 səhifə; fond 6, s.v. 587*.
Dostları ilə paylaş: |