30.MƏHƏMMƏDƏLİYƏ
XXIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 29 yanvar. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Manyanın bacısına olan 100 manat borcunun jurnalın abunə pullarından götürüb qaytarılmasını xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mənim…
Bitir: … Cəlil. Xudahafiz.
Ölçüsü: 13,5x21,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 143.
31.MƏHƏMMƏDƏLİYƏ
XXIV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Jurnal barəsində Səidə məktub yazdığını bildirir.
Başlanır: Məhəmmədəli! Bu saat yenə…
Bitir: … bir özgə sözüm yoxdu. Cəlil.
Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 144.
32.MƏHƏMMƏDƏLİYƏ
XXV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 may, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Xəstəliyilə əlaqədar jurnalın redaktorluğunu müvəqqəti olaraq ona təklif edir.
Başlanır: Qələm yoldaşım Məhəmmədəli Sidqi!..
Bitir: … müdiri Cəlil Məhəmmədquluzadə.
Ölçüsü: 16,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 145.
Dostları ilə paylaş: |