14.MƏHƏMMƏDƏLİYƏ
VII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 yanvar, 1910-cu il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: M.Sidqinin oğlu Məhəmmədhəsən üçün Ordubaddan təzə pasport göndərilməsi və onun təzə ustanın yanında işləməsi barəsində yazır.
Başlanır: Əzizim! İşlərin çox olmağı…
Bitir: … pasport göndərsinlər. Dostunuz Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 128.
15.MƏHƏMMƏDƏLİYƏ
VIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 oktyabr, 1910-cu il, Ağdam. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Qəzetlərin göndərilməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Bu gün…
Bitir: … qəzetələri göndər. Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 129.
16.MƏHƏMMƏDƏLİYƏ
IX
Rus dilində. Yazılış tarixi 14 dekabr, 1910-cu il, Ağdam. Bərat vərəqi qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Vərəqin bir üzündə M.Sidqiyə 50 manat pul göndərdiyini, digər üzündə isə pulu rəssam Rotter üçün göndərdiyini yazır.
Başlanır: Mamedali, gti denğqi…
Bitir: … rassçitaösğ s nim. Djalil.
Ölçüsü: 7x13 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 130.
17.MƏHƏMMƏDƏLİYƏ
X
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 iyun, 1910-cu il, Tiflis. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Ondan «Molla Nəsrəddin» jurnalının nəşri işini davam etdirmək üçün müvəqqəti köməklik göstərməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! Mən bu…
Bitir: … Cəlil Məmmədquluzadə. Tiflis.
Ölçüsü: 13,5x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 131*.
Dostları ilə paylaş: |