5.ƏLİ MƏHZUNA33 Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1929-cu il, Bakı. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Özünün tərcümeyi-halını yazır.
Başlanır: Əli Məhzun yoldaşa!..
Bitir: … bu kifayətdir. Dostun Cəlil.
Ölçüsü: 15,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 169.
6.ƏLİŞDAN DAYIYA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 aprel, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Ona yazdığı məktuba cavab almadığını bildirir.
Başlanır: Əzizim Əlişdan dayı!..