12.MƏHƏMMƏDƏLİYƏ
V
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 oktyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Göndərdiyi puldan ev kirayəsinin verilməsini tapşırır və yaxınlarda yenə də ona pul göndərəcəyini yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Povestkaları…
Bitir: … Sergeyevə də kifayət edəcək. Cəlil.
Ölçüsü: 13x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 126.
13.MƏHƏMMƏDƏLİYƏ
VI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 avqust, Yevlax. İli qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Baronessa Rozen xanımın islamı qəbul etməsi haqda yazdığı məqaləni 30-cu nömrəyə çatdıra bilməyəcəyi üçün göndərdiyi şəkillə birgə 31-ci nömrəyə salmasını yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Yadımdan…
Bitir: … 31-ci nömrəyə qoyarsan. Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 127.
Dostları ilə paylaş: |