10.MƏHƏMMƏDƏLİYƏ
III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 sentyabr, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Litoqrafiyanın təzə şərtlərinə görə jurnalın abunə qiymətinin iki dəfə artması barəsində yazır.
Başlanır: Məhəmmədəli! Bu gün…
Bitir: … tez xəbər ver! Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 124.
11.MƏHƏMMƏDƏLİYƏ
IV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 oktyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Vera Akimovnanın evi boşaltması haqda və Səmədovların ona 50 manat pul verəcəyi barədə yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Bu gün…
Bitir: … Münəvvərin paltarını al. Cəlil.
Ölçüsü: 13,5x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 125.
Dostları ilə paylaş: |