21.MƏHƏMMƏDƏLİYƏ
XIV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 2 yanvar, 1911-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Poçt ilə məqalə və şəkil göndərəcəyini bildirir. Abunə pulları ilə bağlı tapşırıqlar verir.
Başlanır: Əzizim Məhəmmədəli! Yenə…
Bitir: … qədərincə pul göndər. Cəlil.
Ölçüsü: 13,5x21,5 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 135.
22.MƏHƏMMƏDƏLİYƏ
XV
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 7 mart, 1912-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Mirzağa Əliyevin «Molla Nəsrəddin» jurnalının abunə pullarını göndərmədiyindən şikayətlənir.
Başlanır: Əzizim Məhəmmədəli! Çoxdandır…
Bitir: … evinizə tez-tez xərclik göndər. Cəlil.
Ölçüsü: 26x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 136.
23.MƏHƏMMƏDƏLİYƏ
XVI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 fevral. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Sovqat» idarəsinə onun adına 100 ədəd «Molla Nəsrəddin» jurnalı göndərdiyini bildirir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızın…
Bitir: … səndən gileyli deyil ki? Cəlil.
Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 137.
24.MƏHƏMMƏDƏLİYƏ
XVII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 oktyabr, 1910-cu il. Ağdam. Bərat vərəqinin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Ona ev xərci üçün 25 manat göndərdiyini və ayrıca İsmayıla da pul göndərəcəyini yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Göndərdim…
Bitir: … Rotterə özüm kağız yazaram. Cəlil.
Ölçüsü: 7,5x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 138.
25.MƏHƏMMƏDƏLİYƏ
XVIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 fevral, 1917-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Sovqat» qəzetinin redaktoru olan M.Sidqiyə «Sabir kitabxanası»nın sahibi Abbasovun teleqrafla jurnal istədiyini bildirir.
Başlanır: Məhəmmədəli! Bakıdan Məhəmmədəli…
Bitir: … geri göndərirəm pulunu. Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 138.
26.MƏHƏMMƏDƏLİYƏ
XIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 fevral, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Sovqat» qəzetinin redaktoru olan M.Sidqiyə 500 nüsxə jurnal göndərəcəyini bildirir.
Başlanır: Məhəmmədəli! Jurnalın 2-ci…
Bitir: … sabah ayın 25-də poçta verilir.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 139.
27.MƏHƏMMƏDƏLİYƏ
XX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 may. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Onun göndərdiyi pulu və açıq məktubu aldığını bildirir. Jurnalın satışı ilə bağlı məlumat verməsini xahiş edir.
Başlanır: Əzizim Məhəmmədəli! 100 manat…
Bitir: … adresini mənə yaz. Cəlil.
Ölçüsü: 21,5x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 140.
Dostları ilə paylaş: |