Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə64/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   60   61   62   63   64   65   66   67   ...   295
46.MƏHƏMMƏDƏLİYƏ

XXXIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dörd qatlanmış cizgili vərəqin yalnız bir küncünün hər iki üzünə köndələn şəkildə qara mürəkkəblə yazılmışdır. Bir küncü isə cırılaraq götürülmüşdür.



Məzmunu: Məhəmmədəlinin Tiflisdə iranlıların məktəbinə təyin olunmasına narazılığını bildirir.

Başlanır: Əzizim Mirzə Məhəmmədəli!..

Bitir: … Məhəmmədhəsənə salamlar var.

Ölçüsü: 22x28 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 159.
47.MƏMMƏD SƏİDƏ37
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 31 yanvar, 1925-ci il, Bakı. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşrini dayandırmaq və hökumətdən təqaüd alaraq evdə oturmaq istədiyini bildirir.
Başlanır: Məmməd Səid! Özün bilirsən…

Bitir: … çıxa bilmirəm. Cəlil Məmmədquluzadə.

Ölçüsü: 17x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 172.
48.MƏŞƏDİ TAĞIYA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 27 yan­var, 1901-ci il, İrəvan. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: İlin ortasında heç bir məktəbdə yer tapmaq mümkün olmadığına görə bir az gözləməyi lazım bilir.
Başlanır: Əzizi-mən Məşədi Tağı!..

Bitir: … Sənin qardaşın Cəlil.

Ölçüsü: 13x20 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 170.
49.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ

QƏDİMOVA
Fars dilində. Yazılış tarixi 11 may, 1921-ci il, Culfa. Teleqram bənövşəyi mürəkkəb və qara karandaşla yazılmışdır.



Məzmunu: Onun bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyini Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verməsini xahiş edir.
Başlanır: Sədri-Revkomi-Nəxçivan Qədimov…

Bitir: … Vəssəlam şod. Cəlil Məmmədquluzadə.

Ölçüsü: 21x12 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 182.

50.NAMƏLUM ŞƏXSƏ


Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 27 yanvar, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: 5 ədəd «Ölülər» kitabçası göndərdiyini bildirir və satılan kitabçaların pullarının, satılmayanların isə özlərinin geri göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm yoldaş! Keçən il…

Bitir: … Ehtiram ilə Cəlil.

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 180.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin