37.MƏHƏMMƏDƏLİYƏ
XXX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 avqust. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Bilet və povestkaları göndərdiyini bildirir. Jurnal üçün bu gün məqalə və şəkil hazırlayacağını xəbər verir.
Başlanır: Məhəmmədəli! Bilet və…
Bitir: … beş manatı bu gün yetir. Cəlil.
Ölçüsü: 13x21 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 150.
38.MƏHƏMMƏDƏLİYƏ
XXXI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının nəşrindən razı qaldığını bildirir, qalan nömrələrin də nəşr olunmasını tapşırır və satılası jurnalların göndərilməsini xahiş edir.
Başlanır: Məhəmmədəli! Göndərdiyin…
Bitir: … İsmayıla da pul göndərdim. Cəlil.
Ölçüsü: 12,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 151.
Dostları ilə paylaş: |