39.MƏHƏMMƏDƏLİYƏ
XXXII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Məktubla 350 manatlıq çek göndərdiyini bildirir və yığılan abunə pullarından borcların verilməsi, veksellər barəsində yazır.
Başlanır: Əzizim Məhəmmədəli! Sən bu…
Bitir: … Mirzə Əliyə habelə.
Ölçüsü: 13,5x21,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 152.
40.MƏHƏMMƏDƏLİYƏ
XXXIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Povestkalara və kitabçaya qol çəkib göndərdiyini və jurnalın gələn nömrəsi üçün şəkil göndərəcəyini bildirir. Məktubla göndərdiyi pulun xərclənməsinə dair bəzi tapşırıqlar verir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızların…
Bitir: … povestkaları göndər. Cəlil.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 153.
Dostları ilə paylaş: |