35.MƏHƏMMƏDƏLİYƏ
XXVIII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 avqust. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Məktubla 50 manatlıq çek göndərdiyini bildirir, qol çəkmək üçün povestkaları da biletlə göndərməsini və Mərdanovun pulu barəsində yazmasını xahiş edir.
Başlanır: Məhəmmədəli! Bu kağızın…
Bitir: … və İsmayıla dua yetir. Cəlil.
Ölçüsü: 12,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 148.
36.MƏHƏMMƏDƏLİYƏ
XXIX
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 11 dekabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Məktubunda göstərdiyi şəkildə «Molla Nəsrəddin» jurnalının hər nömrəsində yeni abunə elanı çap olunmasını tapşırır.
Başlanır: Əzizim Sidqi! Nə tövr oldu…
Bitir: … hələ ki, xudahafiz. Cəlil.
Ölçüsü: 13,5x21 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 149.
Dostları ilə paylaş: |