28.MƏHƏMMƏDƏLİYƏ
XXI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 iyun, 1917-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: «Açıq söz» qəzetinin redaksiyasında çalışan M.Sidqidən məktub yazmamasının səbəbini soruşur...
Başlanır: Məhəmmədəli! Genə bir…
Bitir: … Nədir səbəbi? Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 141.
29.MƏHƏMMƏDƏLİYƏ
XXII
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 11 yanvar, Tiflis. İli qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Jurnal çıxartmaq üçün Tiflisə gəldiyini bildirir.
Başlanır: Əzizim Məhəmmədəli! Kağızın…
Bitir: … xudahafiz. Dostun Cəlil.
Ölçüsü: 13,5x21 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 142.
Dostları ilə paylaş: |