REDAKSİYASINDAN Rus dilində. Yazılış tarixi 27 iyun, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub məsul redaktor və katibin imzaları ilə təsdiqlənmişdir.
Məzmunu: «Bakinski raboçi» qəzetinin əməkdaşı Molotov haqda «Molla Nəsrəddin» jurnalında dərc olunan məqalə barəsindədir.
Başlanır: Redaktoru jurnala «Molla Nasrgddin»…
Bitir: … sootvetstvuöhimi deystvitelğnosti.
Ölçüsü: 22x35,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 312.
11.BALABƏY AĞABƏYOVDAN45 Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 4 sentyabr, 1930-cu il, Xıllı. Cizgili vərəqin bir üzünə yaşıl mürəkkəblə yazılmışdır.
Məzmunu: Onun jurnallarını göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı idarəsinə…
Bitir: … məktəb müdiri Balabəy Ağabəyova.
Ölçüsü: 21x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 341*.
12.BƏDƏLZADƏDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 29 sentyabr, 1929-cu il, Ağdam. Cizgili vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.
Məzmunu: Mirəhməd Ağamirov və Həsənqulu Əliyevə «Molla Nəsrəddin» jurnallarının çatmadığını bildirir və abunə yazılmaq üçün çek göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Əli Nəzmi. Salam…