16.DÖVLƏT KANTORASI «İTTİFAQ MƏTBUAT»
BAKI ŞÖBƏSİNDƏN
Rus dilində. Yazılış tarixi 29 yanvar, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub Bakı şöbəsinin müdiri Fedoseyev və intişar şöbəsinin müdiri Zanisin imzaları ilə təsdiqlənir.
Məzmunu: Yanvar ayı üçün hara və nə qədər jurnal göndərmələri barəsində məlumat vermələri xahiş olunur.
Başlanır: V izdatelğstvu «Molla-Nasreddin»…
Bitir: … Zav.otd. rasprostraneniə: Zanis.
Ölçüsü: 19x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 322.
17.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN
I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 fevral, 1930-cu il, Bənkə. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Adları göstərilənlərə bir illk jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm müdir! Poçta vasitəsilə…
Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.
Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193.
18.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN
II
Azərbaycan dilində latın əlifbası ilə. Bənkə. Yazılış tarixi qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktubun arxasında bənövşəyi mürəkkəblə rus dilində C.Məmmədquluzadənin xətti ilə belə bir qeyd vardır: «27 marta 30 q. poluçil ot Alekp. Alekperova 27 r. 70 k. Spolna».
Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Mirzə! Poçta vasitəsilə…
Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.
Ölçüsü: 18x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193*.
Dostları ilə paylaş: |