13.«BOŞBOĞAZ» VƏ «HƏFTEFƏHM»DƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 avqust, 1910-cu il, Yengi Buxara. «Elan» vərəqəsinin arxa uzunə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Həkim haqda yazı yaza bilmədiklərini və o haqda yazmağı onun öhdəsinə buraxdığını bildirirlər.
Başlanır: Möhtərəm Molla Nəsrəddin dayı!..
Ölçüsü: 36x31,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 187*.
14.CABBAR İSGƏNDƏRLİDƏN Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubda qırmızı və göy karandaşla bəzi hesablamalar vardır.
Məzmunu: Məktub ilə yanaşı satılmayan kitabların poçtla idarəyə göndərdiyini yazır. Camaatdan nisyə apardıqları qəzet-jurnalların pulunu yığan kimi ona çatdıracağını bildirir və jurnal göndərilməsini xahiş edir.
Başlanır: Sevgili Molla əmi! Bu məktub…
Bitir: … Məsləkdaşınız: Cabbar İsgəndərli.
Ölçüsü: 21,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 199.
15.CƏLİL MƏMMƏDQULUZADƏDƏN
Rus dilində. Yazılış tarixi 29 avqust 1910-cu il, Ağdam. Teleqram qara karandaşla yazılmışdır. M.Sidqiyə ünvanlanmışdır.
Məzmunu: 37-ci nömrənin çox yaxşı olduğunu yazır.
Başlanır: Tiflis. «Molla Nasreddin»…