236
Destruksiya - (lat. destructio) – dağıtma, əşyanın normal
strukturunu pozmaq.
Diskret - (lat. discretus) – ayrı-ayrı hissələrdən ibarət olan;
kəsilən; fasiləli. Diskret kəmiyyət – kəsilməz, fasiləsiz kəmiyyətin
əksi.
Diletant - (italyanca- dilettante, lat. dilectare – əylənmək) –
xüsusi hazırlığı olmadan incəsənətin və yaxud da elmin hər hansı bir
sahəsi
ilə məşğul olan həvəskar; incəsənətin və ya elmin hər hansı bir
sahəsi ilə səthi tanışlığı olan adam.
Dixotomiya - (yunanca- dichotomia, dicha – iki hissəyə və
tome - kəsmək) – tamın iki hissəyə və alınmış tamın
daha ik hissəyə
və beləliklə ardıcıl olaraq bölünməsi.
İyerarxiya - (yunanca - hierarchia, hieros –
muqəddəs və arche
- hakimiyyət) – 1) tamın elementlərini və ya hissələrini yuxarıdan
aşağıya qaydasında düzmək; 2) xidməti vəzifələri tabeçilik
səviyyələrinə münasib ardıcıllıqla düzmək (iyerarxiya pilləkəni).
Dostları ilə paylaş: