235
Affilyasiya - (ingiliscə- to affiliate – birləşdirmək, birləşmək)
– 1) hər bir insanın cəmiyyətin digər üzvləri ilə birlikdə olmaq istəyi;
fizioloji və ya psixoloji sarsıntı zamanı başqa adamlarla ünsiyyət
qurmaq, onlarla bir yerdə olmaq. 2) çətin anlarda cəmiyyətin
üzvlərinin köməyi sayəsində qorxu və ya həyəcanın azalmasına
xidmət edən ünsiyyət.
Bixeviorizm - (ingiliscə- behaviorism, behavior – rəftar,
davranış) – işçilərin davranışlarının psixoloji aspektlərinin
öyrənilməsi, onların istək və maraqlarının aşkar edilməsi barədə
nəzəriyyə.
Bürokratiya - (fr. bureaucratie, bureau – büro, dəftərxana və
yunanca- kratos – hakimiyyət, hökmranlıq) –
hərfi mənada dəftərxana
hökmranlığı. – idarəçiliyin elə formasıdır ki, bu halda idarəetmə
quruluşu qanunlara, norma-normativlərə, standartlara ciddi əməl
edilməsinə və eləcə də ixtisaslaşmış əmək bölgüsünə, əməyin
nəticələrinin obyektiv qiymətləndirilməsinə və həm istehsalın, həm də
idarəetmənin səriştəli təşkilinə üstünlük verilir..
Büdcə – dövlət və yerli orqanlarının özünün idarəetmə üçün
yönəldilmiş pul vəsaiti fondunun yaranması və xərclənməsi
funksiyasını (təmin edən) maliyyələşdirmə forması.
Dostları ilə paylaş: