AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə109/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   105   106   107   108   109   110   111   112   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
 
 
 


234
 
 
 
I  Əlavə 
ANLAYIŞLARIN  İZAHLI  LÜĞƏTİ  
 
Avtoritar – 1) avtoritet; hakimiyyəti bütünlüklə mənimsəyən 
rəhbər; hakimiyyətə sözsüz tabeçilik.  2) diktator; öz sözünü yeridən 
adam; hakimiyyət. 
Avtoritarizm - (fr. autoritarisme, lat.  auctoritas – hakimiyyət, 
nüfuz) – amirlik, diktatorluq metodları ilə idarə edilən, şəxsi 
hökmranlıq rejiminə əsaslanan dövlət quruluşu.  
      Aqreqasiya - (lat. aggregatus – birləşdirmə) – birləşdirmək, 
daha ümumi göstəriciləri əldə etmək üçün eyni adlı (ölçülü) 
göstəriciləri cəmləmək. Aqreqasiya (lat. aggregatus – birləşdirilmiş) 
– birləşdirmək; ümumi nəticə almaq üçün eyni cinsli göstəriciləri 
cəmləmək.  
Adaptasiya - (lat. adaptatio, adaptare - uyğunlaşma) – 
orqanizmlərin quruluşlarının və  funksiyalarının mövcud şəraitə 
uyğunlaşması.  
Additiv  -    (lat.  additio  –  artırmaq,  əlavə  etmək)  –  ayrı-ayrı 
hissələrin toplanması yolu ilə cəmin alınması. 
 Alternativ - (fr. alternative, lat. alter – ikisindən biri) – 1) 
təzadlı imkanlardan birinin seçilməsi; 2) biri-birini inkar edən 
imkanlardan hər biri. 
Altruizm - (fransızca- altruisme, latınca- alttr – özgə, başqa) – 
1.başqalarına təmənnasız qayğı; 2. Öz şəxsi maraqlarını özgə 
maraqlarına qurban vermək (eqoizmin tərsi).  
Aspekt - (lat. aspectum – baxış, görünüş ) – əşyaya, hadisələrə, 
anlayışlara yanaşmada xüsusi nöqteyi-nəzər.  


235
 
 
 
Affilyasiya -  (ingiliscə-  to affiliate – birləşdirmək, birləşmək) 
– 1) hər bir insanın cəmiyyətin digər üzvləri ilə birlikdə olmaq istəyi; 
fizioloji və ya psixoloji sarsıntı zamanı başqa adamlarla ünsiyyət 
qurmaq, onlarla bir yerdə olmaq. 2) çətin anlarda cəmiyyətin 
üzvlərinin köməyi sayəsində qorxu və ya həyəcanın azalmasına 
xidmət edən ünsiyyət.  
Bixeviorizm - (ingiliscə-  behaviorism,  behavior – rəftar, 
davranış)  –  işçilərin  davranışlarının  psixoloji  aspektlərinin 
öyrənilməsi, onların istək və maraqlarının aşkar edilməsi barədə 
nəzəriyyə.  
Bürokratiya -  (fr. bureaucratie, bureau – büro, dəftərxana və 
yunanca- kratos – hakimiyyət, hökmranlıq) – hərfi mənada dəftərxana 
hökmranlığı. –  idarəçiliyin elə formasıdır ki, bu halda idarəetmə 
quruluşu qanunlara,  norma-normativlərə, standartlara ciddi əməl 
edilməsinə və eləcə də ixtisaslaşmış  əmək bölgüsünə, əməyin 
nəticələrinin obyektiv qiymətləndirilməsinə və həm istehsalın, həm də 
idarəetmənin səriştəli təşkilinə üstünlük verilir.. 
Büdcə – dövlət və yerli orqanlarının özünün idarəetmə üçün 
yönəldilmiş pul  vəsaiti  fondunun yaranması və  xərclənməsi 
funksiyasını (təmin edən) maliyyələşdirmə forması. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin