224
2. Ümumi məqsədin konkret iş istiqamətlərinə çevrilməsi;
3. Gözlənilən nəticəni almaq üçün hazırlanmış planın
düzgün həyata
keçirilməsi;
4. Seçilmiş strategiyanın səmərəli icrası;
5. Görülmüş işlərin qiymətləndirilməsi, innovasiyanın təhlili, yeni
ideyaların və yeni imkanların köməyilə və qazanılmış təcrübədən
istifadə etməklə strategiyada, məqsəddə və icra prossesində lazımi
dəyişikliklər və düzəlişlər aparılması.
Aşağıdakı şəkildə strateji menecmentin vəzifələri arasında qarşılıqlı
əlaqələr verilmişdir (ş
əkil 35).
Şəkildə göstərilmiş əlaqələrə uyğun olaraq vəzifələrin həyata
keçirilməsi üçün, strateji menecmentin ümumi vəzifələri ilə yanaşı,
onun digər vəzifələrini də müəyyənləşdirmək vacibdir. Ona görə də,
strateji idarəetmənin konkret müəssisə üçün
nə demək olduğunu
aydınlaşdıraq.
Əvvəlcə qeyd edək ki, müəssisə üçün strategiya - gələcək
fəaliyyətin planlaşdırılmış gücünü və qabaqcadan nəzərə alınması
mümkün olmayan situasiya ilə bağlı dəyişikliklərin məcmusudur.
Dostları ilə paylaş: