AğASƏF İmran


Firmanın strategiyasından asılı olaraq onun biznes -



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə104/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   100   101   102   103   104   105   106   107   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Firmanın strategiyasından asılı olaraq onun biznes - 
planının məqsədi 
Firmanın strategiyası 
Biznes-planın məqsədi 
1. Məhsul istehsalının  həcmini 
artırmaq 
Məhsul istehsalını müəyyən həddə qədər, 
yaxud dəfə artırmaq. Firmanın bazara çıxardığı
məhsulun bazardakı xüsusi çəkisinin məlum 
həddə qədər, yaxud məlum dəfə artırmaq 
2.İstehsal həcmini  
sabit saxlamaq (artım  
nəzərdə tutulmayıbdır) 
Xalis mənfəəti artırmaq 
Məhsulun keyfiyyətini yüksəltmək 
Servis və təsadüfi xidmətlərin xüsusi çəkisini 
artırmaq 
3. Məhsulun çeşidlərini dəyişmə
(yeniləşdir -mək) 
1.Yeni növ məhsul istehsalının mənimsənilmə
müddətini aşağı salmaq 
2.Yeni məhsulun istehsalının artım tempinin 
sürətləndirmək 
3. Yeni bazar seqmentinə çıxmaq və köhnə 
əmtəələri tədricən istehsaldan çıxarmaq 
 
 «İstehlakçılar  üçün  nəzərdə  tutulmuş  məhsul,  xidmət  və 
əmtəənin xarakteristikaları» adlanan üçüncü bölmədə aşağıdakılar 
qeyd edilməlidir: 
- alınacaq məhsulu tam surətdə təsəvvür etmək  üçün əyani 
məlumatlar; məhsulun nümunəsi, təsviri, şəkli; istehlakçılar haqqında 


219
 
 
 
məlumat, əməyə olan tələbat, istehlakçıların qabiliyyəti, əmtəəyə olan 
tələbatın dinamikası, məhsul satılacaq qiymətin proqnozu. 
«Məhsulun satış bazarının, tələbatın və satış həcminin təhlili və 
qiymətləndirilməsi» adlanan dördüncü bölmə, əmtəəyə olan tələbatın 
və məhsulun satış qiymətinin proqnozlaşdırılmasının davamıdır. Bu, 
məhsulun istehsal və satış həcminin proqnozlaşdırılmasından əvvəl 
yerinə yetirilir. 
Biznes-plan hazırlanarkən o, bir tərəfdən bazarın tədqiqi,  təhlili 
və qiymətləndirilməsinə  əsaslanır, digər tərəfdən potensial alıcılar, 
yaxud  ticarət  təşkilatları  ilə  əvvəlcədən  müəyyən  edilmiş 
razılaşmalara əsaslanır. 
Layihənin ölçüsündən və həyata keçirilməsi müddətindən asılı 
olaraq müxtəlif vəziyyətlər yaranır. Qısamüddətli kiçik layihələr 
zamanı yüksək əminliklə məhsulun alıcılarını və istehlakçılarını 
müəyyən etmək mümkün olar ki, bu da istehsal həcmi barədə qərar 
qəbul etməyə kömək edər. 
Uzunmüddətli iri işgüzarlıq layihələri zamanı daha mürəkkəb 
vəziyyət yaranır. Bu halda işgüzarlıq məhsuluna olan tələbatın 
ödənilməsini,  onun  satışını  və  istifadəsini  müəyyən  etmək 
fərziyyələrə,  qiymətləndirmələrə,  hesablamalara  və  proqnozlara 
əsaslanır. 
Hesablama-analitik üsulu ilə satış bazarının qiymətləndirilməsi 
ilə yanaşı marketinq fəaliyyəti və digər təsir vasitələrilə bazarın 
fəallaşdırılması məsələsinə də baxılmalıdır. 
Dördüncü bölmə hazırlanarkən digər işgüzarların fəaliyyəti, 
rəqabətdə olanlar, onların imkanları, qabiliyyətləri və qiymət 
siyasətlərinin nəzərə alınması zəruridir. 
 «Fəaliyyət  proqramı  və  təşkilati tədbirlər» adlanan  beşinci 
bölmə-işgüzarlıq  fəaliyyətinin  növündən  (istehsal,  kommersiya, 


220
 
 
 
maliyyə,  vasitəçilik,  intellektual) daha çox  asılıdır. İşgüzarlıq 
fəaliyyəti proqramına aşağıdakılar daxildir: 
- marketinq səyinin gücləndirilməsi (reklam, satış bazarının 
müəyyən edilməsi, istehlakçılarla təmasda olmaq, onların irad və 
təkliflərini nəzərə almaq); 
- istehsal işgüzarlığı olan halda məhsul istehsalının həyata 
keçirilməsi; 
- kommersiya işgüzarlığında əmtəənin alınması, daşınması və 
reallaşdırılması; 
- alıcılara satış prosesində və satışdan  sonra xidmət göst-
ərilməsi. 
Təşkilati tədbirlər fəaliyyət proqramının ayrılmaz hissəsidir və 
aşağıdakıları  əhatə edir: biznes planın həyata keçirilməsinin idarə 
edilməsi üsullarının işlənib hazırlanması; icraçıların fəaliyyətlərinin 
əlaqələndirilməsi; layihənin idarə  edilməsinin təşkilati strukturunun 
müəyyən edilməsi; əmək  haqqının  stimullaşdırılmasının  xüsusi 
formasının seçilməsi; kadr təminatı; uçot-nəzarət və digər işlərin 
həyata keçirilməsi. 
«Biznesin resurs təminatı» adlanan altıncı bölmədə-işgüzarlıq 
layihəsini  həyata keçirmək üçün zəruri olan resursların növləri və 
həcmi, eləcə də onların alınması mənbələri və üsulları haqqında 
məlumat verilir. 
Resurs təminatına maddi, əmək, maliyyə və informasiya təmi-
natı daxildirlər. İnformasiya resurslarına - elmi-texniki və statistik, 
eləcə də, sorğu nəticəsində yığılan informasiyalar daxildir.  
Yeddinci bölmə - biznes layihənin səmərəliliyidir. Bu biznes-
planın son yekun bölməsidir. 
Biznes fəaliyyətinin ən ümumiləşmiş səmərəlilik göstəricisi, ilk 
növbədə mənfəət və rentabellik səviyyəsidir. Bundan başqa, sosial və 
elmi-texniki səmərəlilik göstəriciləri də nəzərə alınır.  


221
 
 
 
Məhsul istehsalı üzrə olan biznes-planın strukturunda daha çox, 
on beş bölmə vardır. Bunlar aşağıdakılardır: 
1. 
Təklifin məzmunu. 
2. 
Planın tərtib edilməsinin təşəbbüskarı. 
3. 
Məhsulun qısa xarakteristikası. 
4. 
İstehsalın qısa xarakteristikası. 
5. 
Mövcud vəziyyət. 
6. 
Rəqabətdə olanlar haqqında məlumat. 
7. 
Satış bazarı haqqında məlumat. 
8. 
Maliyyə planı. 
9. 
Təşkiletmə planı. 
10. 
Firmanın prezidentinin və onun müavininin qısa tərcümeyi-    
11. 
halı. 
12. 
Riskin qiymətləndirilməsi. 
13. 
Riskin azaldılması üzrə tədbirlərin hazırlanması. 
14. 
İstehsalat tədbirləri. 
15. 
Layihənin həyata keçirilməsinə tərəfdar olanlar. 
16. 
Layihənin idarə edilməsi. 
R.Q. Manilovskinin redaktorluğu ilə nəşr olunan «Biznes-plan» 
metodik materiallarında  biznes-planın tərkib hissələrinin aşağıdakı 
bölmələrdən ibarət olması tövsiyyə edilir: Xülasə; Əmtəə (məhsul, 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin