209
Bu zaman müəssisələr təsnifləşdirilərkən aşağıdakı göstəricilərdən
istifadə edilir:
-
işçilərin sayı;
-
sabit kapitalın həcmi;
-
əmtəəlik məhsulun həcmi;
-
kapital qoyuluşunun həcmi və s.
Müəssisələr təsnifləşdirilən zaman dünya ölkələrində istifadə
edilən yeganə fiziki göstərici kimi, müəssisədə çalışan işçilərin
sayından istifadə edilir. Bu da təsadüfi deyildir, çünki, dəyər
göstəricilərindən istifadə edilməsi, yüksək dərəcədə inflyasiya və
qiymətlərin qeyri-sabitliyi şəraitində real vəziyyəti düzgün əks
etdirmir. Ayrı-ayrı ölkələrdə göstərilən zəruri hallarda, dəyər
göstəricilərinin birindən – həm də qeyd edilən fiziki
göstərici ilə
birlikdə istifadə edilir.
Bazar iqtisadiyyatı ölkələrində bir çox hallarda sahibkarlığın
kiçik və iri formaları bir-biri ilə işgüzar münasibətlərə – kooperasiya
əlaqələrinə girirlər ki, bu da iqtisadi anlamda «françayz sistemi»
adlanır. Məsələn, hazırda ABŞ-da olan 500 mindən çox kiçik
müəssisələr françayz münasibətlərinə cəlb olunmuşlar. Onların mal
dövriyyəsi 50 milyard dollar təşkil edir. Göstərilən sistemin əsas
tərkib hissəsi kimi iri və kiçik müəssisələr arasında subpodrat
əlaqələrin formalaşması çıxış edir.
Bu o deməkdir ki, kiçik müəssisələr hazır məhsulun ayrı-ayrı
hissələrinin istehsalı üzrə ixtisaslaşırlar, iri müəssisələr isə onların
quraşdırılmasını həyata keçirirlər. Bu təcrübə, xüsusən
Yaponiyada,
ABŞ və digər inkişaf etmiş Qərb ölkələrində daha geniş yayılmışdır.
Kooperasiya əlaqələri həm iri, həm də kiçik müəssisələr üçün
eyni dərəcədə sərfəlidir. Belə ki, bu zaman
kiçik müəssisələr tələb və
təklifin təsirinə məruz qalmayan sabit satış bazarı əldə edir, iri
müəssisənin firma nişanından istifadə etmək,
onun vasitəsi və yaxud
210
maddi köməyi ilə öz məhsulunu reklam etmək, öz işçilərinin ixtisasını
artırmaq, güzəştli şərtlərlə xammal əldə etmək və s. kimi imkanlar
qazanırlar. İri
müəssisələrə gəldikdə isə, onlar bu və ya digər məhsul
istehsalı üzrə ixtisaslaşan kiçik müəssisənin xidmətlərindən istifadə
edərək, istehsal xərclərini, öz işçi qüvvəsi sərflərini xeyli
azalda
bilirlər.
Dostları ilə paylaş: