AğASƏF İmran


Menecment mədəniyyəti dedikdə - mənəvi, etik,  iqtisadi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə97/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   93   94   95   96   97   98   99   100   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Menecment mədəniyyəti dedikdə - mənəvi, etik,  iqtisadi, 
hüquqi, təşkilati və texniki norma və normativlərin, idarəetmə 
prinsiplərinin dəqiq, düzgün və səriştəli yerinə yetirilməsi başa 
düşülür.  Menecment  mədəniyyəti, həm də  idarəetmə  əməyinin 
təşkili, sənədləşdirmənin və sənəd dövriyyəsinin kamilliyi ilə 
xarakterizə olunur. 
 
 
 
 
 
 
 
 
 


203
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 32.   Menecment mədəniyyətinin əsas elementləri 
 
Məlumdur  ki,  təşkilatlar  (müəssisələr)  təkcə  texnoloji 
sistemlərin vasitəsilə deyil, ilk növbədə insanlar vasitəsilə idarə 
olunurlar. Bu halda isə, hər bir rəhbərin və hər bir fərdi işçinin 
qabiliyyəti, mənəvi keyfiyyətləri, instinkti və emosiyaları və digər bu 
kimi amillər idarəetmə sisteminə təsir göstərir. İnsanlar öz aralarında 
qurduqları münasibətləri qiymətləndirmək sayəsində nəyin pis və 
nəyin yaxşı olduğunu müəyyən edir və bunlara münasib addımlar 
atırlar.  


204
 
 
 
Ümumiyyətlə götürdükdə,  hər  bir  müəssisədə  menecment 
mədəniyyətinin formalaşmasına təsir göstərən amilləri aşağıdakı kimi 
sistemləşdirmək olar: 
- təşkilatın missiyası (başlıca məqsədi); 
- təşkilatın ölçüsü (kiçik, orta, böyük olması); 
- tətbiq edilən texnologiya (sadə, mürəkkəb); 
- təşkilatın əhatəsi (ətraf mühit, şəhər, kənd); 
- istehsalın miqyası (fərdi, seriyalı, kütləvi); 
- istehsalın spesifik xüsusiyyətləri (sadə, təhlükəli, zərərli); 
-istehsalın  quruluşu  (individual-fərdi,  mexanikləşdirilmiş, 
avtomatlaşdırılmış); 
- idarəetmə prosesi (sadə, orta, mürəkkəb); 
- idarəetmə quruluşu (azpilləli, çoxpilləli, funksional və s.) 
- idarəedən personal (səriştəli, səriştəsiz, peşəkar və s.); 
- müəssisənin yaranma tarixi (təzə, köhnə, yetkin); 
- mülkiyyət forması (xüsusi, kooperativ, dövlət və s.); 
- milli və dini ənənələr. 
Bu amillərlə yanaşı, müəssisənin fəaliyyət göstərdiyi ölkə, onun 
iqtisadi və siyasi sistemi, beynəlxalq əlaqələri, rəqabət aparan tərəflər, 
bazarın kamilliyi və ya qeyri-kamilliyi kimi müsbət və mənfi təsir 
göstərən amillər də nəzərə alınmalıdır.  
Kodeks təşkilatın  həyat  fəaliyyətinin  ümumi  prinsiplərini 
müəyyənləşdirir və direktordan tutmuş texniki işçilərə qədər bütün 
işçi heyətini  əhatə edir. 
Kodeksdə şirkətin aşağıdakı tərəflərlə münasibətləri ardıcıl əks 
etdirilir: 
İstehlakçılarla  – yüksək keyfiyyətli məhsul və xidmətlərin 
təmin edilməsi. 


205
 
 
 
Əməkdaşlarla – əmək təhlükəsizliyi və sağlam mühit üçün 
şəraitin vaxtında təmin edilməsi və bunun hər kəsə ədalətli münasibət, 
insanın şəxsiyyət və ləyaqətinə hörmət ilə müşayiət olunması. 
Təchizatçılarla  –  ədalətli  rəqabətə  əsaslanan  qarşılıqlı 
əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanılması. 
Cəmiyyət və ictimai qruplarla – məsuliyyətli vətəndaş olmaq və 
vətəndaş cəmiyyətinin təşəkkülünə yardım etmək. Buraya mədəni 
dəyərlərin  inkişaf  etdirilməsi  və  vətəndaş  qurumlarının 
möhkəmləndirilməsi üzrə fəaliyyətin dəstəklənməsini aid etmək olar.  
Rəqiblərlə –  haqsız rəqabətdən  çəkinmək  və  bazarın 
inhisarlaşmasına yol verməmək öhdəliyi. 
İnvestorlarla – investorun zəmanətli və sabit gəlir hüququnun 
əks etdirilməsi. 
Son vaxtlar kodekslərin əksəriyyətinə şirkətlərin ətraf mühitə 
münasibəti kimi aktual problem də daxil  edilir. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin