Yoxlama üçün suallar
1. Kadr potensialı nədir?
2. Əmək ehtiyatlarının planlaşdırılması.
3. Əmək ehtiyatlarının idarə olunması.
4. Rəhbər kadrların hazırlanması üsulları.
5. Rəhbər işçilər qarşısında qoyulan əsas tələblər.
5.2. İSTEHSALIN İDARƏ OLUNMASI
İstehsal - xammaldan hazır məhsul alınması prsesidir.
Qabaqcadan əldə edilmiş xammal, istehsal prosesində avadanlıqların
və işçi qüvvəsinin tətbiqi ilə hazır məhsula çevrilə bilər.
Şəkil 28. İstehsalın idarə olunması
181
Əməliyyat prosesi dedikdə, istehsalın başlanması üçün zəruri
olan bütün vəsaitlərin (kapital, xammal, informasiya, enerji,
nəqliyyat, su və s.) təmin olunması mərhələsindən başlayaraq,
istehsalın təşkili və icrası, hazır məhsulun satışı da daxil olmaqla
alınmış nəticənin giriş göstəriciləri ilə tutuşdurulması prosesi başa
düşülür (Şəkil 28). Yəni, əməliyyat prosesi istehsal prosesini əhatə
etməklə onun təşkil və təchiz edilməsi proseslərini və nəticənin
yekunlaşdırılmasını da özündə birləşdirir. Əməliyyat sistemi öz
mahiyyətinə görə, istehsal prosesinin təşkili, icrası və yekununun
qapanmış dövriyyəsidir.
İstehsal öz mahiyətinə görə 4 qrupa bölünür:
-Fərdi istehsal.
-Seriyalı istehsal.
-Kütləvi istehsal.
-Fasiləsiz istehsal.
İstehsal obyektlərinin yerləşdirilməsi və onun işinin təşkil
edilməsi bir sıra mühüm faktorlarla bağlıdır. Əgər istehsal prosesində
istifadə edilən xammalın həcmi alınan hazır məhsuldan xeyli
çoxdursa, müəssisə xammala yaxın yerdə yerləşdirilməlidir. Əgər
alınan hazır məhsulun həcmi istifadə edilən xammaldan
çoxdursa, obyekt satış bazasına yaxın yerləşdirilməlidir. Bu
vacib amillərlə yanaşı hər bir müəssisənin yerləşdirilməsi üçün
aşağıdakı təlabatlar da nəzərə alınmalıdır:
-Xammal mənbəyinin olması.
-Yolun və nəqliyyatın olması.
-Enerji mənbəyinin olması.
-İşçi qüvvəsinin olması.
-Satış bazarının olması.
-Su mənbəyinin olması və s.
182
Müəssisənin yerləşdirilməsində şəhər, şəhər ətrafı və şəhərdən
kənar ərazisinin münasibliyini nəzərə almaq lazımdır.
Şəhərin içində müəssisəni yerləşdirmək bütün amillərə görə
əlverişlidir, lakin torpaq və icarə haqqı çox bahadır. Həm də ekoloji
cəhətdən təmiz olmayan istehsal obyektlərini şəhərin mərkəzi
hissəsində yerləşdirmək düzgün deyil.
Şəhərin ətrafında müəssisə yerləşdirmək ən əlverişli yerdir.
Çünki orada bütün amillər ödənilir və həm də torpaq ucuz olur.
Şəhərdən kənarda, xüsusən rayon və kənd yerlərində müəssisə
salmaq isə həm üstün, həm də çatışmayan xüsusiyyətlərə malikdir.
Çünki işçi qüvvəsi bol olduğu halda, nəqliyyat üçün rahat yollar
yoxdur, enerji qıtlığı mövcuddur, həm də torpaq haqqı ucuz olsa da
daşıma xərcləri çox baha olur.
Əməliyyat sistemi 3 alt sistemdən təşkil edilir: 1.İstehsal
(emaletmə); 2.Planlaşdırma və nəzarət; 3.Təchizat. (Şəkil 29).
Əvvəlcə əməliyyat sistemində daxili və xarici mühiti
aydınlaşdıran informasiyalar toplanmalıdır. Planlaşdırma və nəzarət
altsistemi daxili və xarici mühit barədə və eləcə də, istehsal və
təchizat barədə informasiyalar nəzərə alınmaqla tərtib olunur. İstehsal
prosesində hər hansı dəyişiklik nəzarət yolu ilə aşkar edilir və
münasib qərar qəbul olunur.
Qəbul edilmiş qərara uyğun olaraq istehsala bu və ya digər təsir
göstərilir. Təchizat altsistemi isə həm giriş, həm də çıxış
parametrlərinə aid olan amilləri tənzimləyir.
183
Ş
Şəkil 29. Əməliyyat sistemi
Əməliyyat sistemləri üçün aşağıdakıları xarakterik hesab etmək
olar:
- İstehsal prosesinin layihələndirilməsi.
- Əmtəələrin layihələndirilməsi.
- Müəssisənin layihələndirilməsi.
- İstehsal prosesinin təşkili.
- Marketinq prosesinin təşkili.
İstehsalın idarə olunmasının ən mühüm şərtlərindən biri də,
müəssisənin özünün rəqabətə davamlı olması ilə yanaşı, istehsal
olunmuş məhsulların da rəqabət qabiliyyətli olmasını təmin etməkdir.
Rəqabətə dözümlülük ilk növbədə istehsal edilən məhsulun keyfiyyət
göstəriciləri ilə bağlıdır. Məhsulun öz təyinatına müvafiq olması,
nisbətən ucuz olması, estetik görünüşü, erqonomik tələbatları
ödəməsi və sair amillər bu göstəricilərlə bağlıdır.
Müəssisənin rəqabət aparmaq bacarığını təmin edən üsullar
aşağıdakılardır:
184
- Məsrəflərin minimum olması;
- Əmtəənin konstruksiyası və onun texniki xarakteristikaları;
- Əmtəənin etibarlı və davamlı olması;
- Daşıma sürəti (daşımanın tez, operativ və xətasız olması);
- Sifarişçilərin tələbi ilə əmtəələrin «fərdiləşdirilməsi»;
- Əmtəənin bazara daxil edilməsi;
- Müəssisədə istehsal həcminin elastik tənzimlənməsi və s.
Rəqabət aparmaq və rəqabətə dözümlülük ilk növbədə
marketinq ilə bağlı olduğundan, müəssisədə marketinq xidməti
kifayət qədər səriştəli təşkil edilməlidir.
Bunlarla yanaşı, itehsalın idarə edilməsində strateji məqsədlərə
çatmaq üçün taktiki qərarlar da qəbul edilir. Bu halda, bazar
tələbatının cari dəyişməsinə operativ reaksiya vermək, rəqiblərin
fəaliyyətlərini vaxtında düzgün qiymətləndirmək, qiymətlərin
dəyişməsinə müvafiq addımlar atmaq taktiki qərarlarla bağlıdır. Bu
qərarların çoxluğu yox, vaxtında və düzgün qəbul edilmələri daha
vacibdir.
İstehsalın idarə olunmasında yuxarıda qeyd olunan amillərlə
yanaşı, xarici iqtisadi əlaqələrin qurulması və ətraf mühitin qorunması
amillərinə də xüsusi diqqət yetirmək vacibdir. Çünki xarici firmalarla
və eləcə də ətraf mühitlə əlaqələr hər bir müəssisənin fəaliyətində
müstəsna rol oynayır. Belə ki, xammalın əldə edilməsində və hazır
məhsulların realizə edilməsində, bu iki amilin alternativi yoxdur.
Dostları ilə paylaş: |