170
bölmələrdə işləməklə həm texnologiyanı, həm də işçiləri - kollektivi
tanıyır.
Kadrların seçilməsində və hazırlanmasında, eləcə də vəzifə
pillələrində inkişafında ən obyektiv cəhət onların qabiliyyətlərinə
görə və firmanın məqsədlərinə xidmətə görə münasibətlərini
aşkar
etmək və qiymətləndirməkdir. Kadrların fəaliyyətlərinin
qiymətləndirilməsində əsasən 3 məqsəd güdülür:
- İnzibati tədbir görülməsi üçün imkan əldə etmək.
- İnformasiya toplamaq və qərar qəbul edilməsi üçün imkan
yaratmaq.
- Motivləşdirmə üçün şərait yaratmaq.
Kadrlarla iş apararkən hər bir rəhbər işçi danışıqların,
münasibətlərin qarşılıqlı qurulmasına imkan yaratmalıdır. Birbaşa
tənqid etmək, xəbərdarlıq etmədən cəzalandırmaq, kobud
rəftar etmək
səmərəli hesab edilə bilməz və yaxşı nəticə verməz.
Rəhbər - işçi münasibətlərinin qurulmasında aşağıdakı
xüsusiyyətlərə diqqət yetirilməlidir:
- Hər bir işçinin əməyi obyektiv qiymətləndirilməlidir.
- İşin nəticəsinin qərəzli qiymətləndirilməsi və əmək haqqının
bu nəticə ilə əlaqələndirilməsi yolverilməzdir.
- Münasibətlərin qarşılıqlı dialoq şəklində qurulması vacibdir.
- Tənqid etmək və ya hədələmək birtərəfli münasibətin ifadəsi
olduğu üçün yolverilməzdir.
- Qiymətləndirmə müntəzəm və daimi olmalıdır.
İdarəetmə kadrlarının hazırlanmasında aşağıdakı metodlardan
istifadə etmək olar:
- Kurslar və seminarlar təşkil etmək.
-
Müsahibələr, diskussiyalar keçirmək.
- İşgüzar oyun təşkil etmək.
- Rotasiya üsulu tətbiq etmək.