165
Təvəzökarlıq İnsanların
ləyaqətinə
hörmət
Qayğıkeşlik Sosial fəallıq
Həqiqətpərəst Prinsipiallıq Adamlara
əl
uzatma
Kollektiv dəyərlər
hörmət
Sadəlik
Böyük
tələbkarlıq
Nümunə olmaqSosial davranış
normalarına
əməl etmə
Müstəqil qərar
qəbul etmək
Neqativ hallarla
barışmazlıq
Sərbəstlik
Tam azadlıq
Saflıq
Qarşılıqlı
anlaşmaya cəhd
etmə
Halallıq
Düzgünlüyü
sevmək
İntizamlılıq
Yenilik
hissi
Ciddilik
Qanunları
qorumaq
Tabelikdə olanlarla kobud olmayan rəhbər, işdə daha yaxşı
nəticə əldə edir. Kobudluq və qışqırıqla, təhqir və hədə ilə haqlı
olduğunu
sübut etmək çətin olur, əksinə, həmsöhbətiniz özünüzə qarşı
yönəlir. Rəhbər nəzakətli olmalıdır. Nəzakətli olmaq, ən əsəbi işçiyə
də müsbət təsir edir və onu sakitləşdirir.
Bu baxımdan, hər bir rəhbər işçi aşağıdakı müsbət keyfiyyətləri
mənimsəməli və işdə tətbiq etməyi bacarmalıdır:
Təvazökarlıq. Bu, hər bir rəhbər üçün vacib keyfiyyətdir. Öz
uğurlarını gözə soxmaq, tabeçilikdə olanlara şəxsiyyəti və nüfuzu ilə
təsir etmək düzgün deyildir. Əgər rəhbər təklif hazırlayıbsa, yaxşı
olar ki, onu bütün kollektiv adından irəli sürsün və əksinə, tabelikdə
olanlar hər hansı bir məsələnini həllini sərbəst tərtib ediblərsə,
rəhbər
öz adını hamıdan qabağa salmasın.
Qayğıkeşlik. Yaxşı rəhbər, öz tabeçiliyində olanların nəinki
adlarını bilir, hətta onların şəxsi həyatlarında yaranan problemləri və
güzəranı ilə maraqlanır. O, işçinin qanının qara olmasını müəyyən
166
edib bacardığı qədər ona kömək edir, səhhəti və uşaqları barədə
maraqlanır, ad günü münasibətilə təbrik edir və yerində zarafat
etməyi bacarır. Bu da, ona insanlarla işi asanlaşdırır, etimad
qazanmağa kömək edir və kollektivdə yaxşı əhval-ruhiyyənin
yaranmasına kömək edir.
Tələbkarlıq. Rəhbər, əməkdaşların işinin yoluna salmaq üçün
onlardan vaxtaşırı tapşırıqların müsbət həllini tələb etməlidir. Bu
məsələdə səhlənkarlıq məsuliyyətsizliyə və intizamsızlığa gətirir,
bunula da kollektivin bütün işini pozur.
Yenilik hissi. Rəhbərin devizi həmişə - «indikindən daha yaxşı
etmək mümkündür» - olmalıdır. Rəhbər, ona
tabe olan kollektivin
fəaliyyətinin təşkilinin ən yaxşı forma və metodlarını daim
axtarmalıdır. Lakin, tez-tez islahatlar aparmaq düzgün deyildir. Onlar
işə qarışıqlıq, pozuntu və səliqəsizlik gətirə bilər.
Mənəvi proseslər. Bu prosnslər təsəvvür, təfəkkür, diqqət,
hissəetmə, iradə, şəxsiyyətin mənəvi durumu, yəni onun coşğunluğu,
xasiyyəti, qabiliyyəti, müxtəlif maraqları və tələbatı ilə üzvü şəkildə
əlaqədardır. Buna görə adamlar bir-birindən fərqlənirlər. Müəyyən
mühitdə rəhbər, işçinin mənəvi durumuna
psixi təsir göstərib onu
tənzim oluna bilən bir obyektə çevirə bilər. Məsələn, hər bir şəxs və
ya kollektiv üçün, sağlam əsaslar üzərində qurulmuş mənafelərin
təşəkkül tapmasında, yaradıcı qabiliyyətin inkişaf etdirilməsində,
tələbatın düzgün qurulmasında sahibkarın, menecerin çox böyük rolu
vardır. Xüsusilə rəhbərin nümunə gücü
və motivləşdirmə üslubu
mühüm amil rolunu oynayır.
Dostları ilə paylaş: