167
2. Liderlik və ona xas olan xüsusiyyətlər.
3. İdarəçilik üslubları: avtokratiya, demokratiya və liberallıq.
4. Avtokrat liderlər və onların fərdi keyfiyyətləri.
5. Liberal liderlər və onların fərdi keyfiyyətləri.
6. Demokrat liderlər və onların fərdi keyfiyyətləri.
7. «X» və «Y» nəzəriyyələri, onların mahiyyətləri və tətbiq
prinsipləri.
8. Rəhbərin sosial-mədəni keyfiyyətləri
IV BÖLMƏ. MENECMENTİN TƏTBİQİ
MEXANİZMLƏRİ
V FƏSİL. QRUPUN İDARƏ OLUNMASI
5.1. KADR EHTİYATLARININ İDARƏ OLUNMASI
Hər
bir müəssisə, firma, təşkilat öz fəaliyyətini qurmaq və
davam etdirmək üçün kadrlara arxalanır. Bu baxımdan kadrların
seçilməsi, onların ixtisas, peşə yönümlü hazırlanması, onların vəzifə
168
pillələri ilə yüksəlməsi, müəssisə rəhbərliyi tərəfindən
planlaşdırılmalıdır.
Hər bir müəssisə, işçilərin və məmurların sayını istehsal tələbinə
uyğun və gəlir götürülməsi şərtilə qurmalıdır. Kadrların seçilməsi,
onların ixtisaslarının artırılması, onların təhsili müxtəlif yollarla təşkil
edilə bilər. Kadrların seçilməsi, hazırlanması və onların əməklərinin
qiymətləndirilməsi aşağıdakı sxemdə verilmişdir
(Şəkil 26).
Əmək ehtiyatlarının planlaşdırılması, firmanın strategiyası ilə
bağlıdır. Burada istehsalın həcminin artırılması ilə bağlı işçi
qüvvəsinin artırılması və ya əksinə ola bilər. Bəzi
hallarda istehsal
prosesini və işçi qüvvəsini sabit saxlamaq tələb oluna bilər.
Əgər işçi qüvvəsi artımı tələb olunursa, müəssisə rəhbərliyi elan
verməklə müxtəlif cəlbetmə yolları ilə işçiləri dəvət edə bilər. Burada
dəvət olunmuş işçilərin sayı tələb olunduqdan həmişə çox olur. Buna
görə də həmin işçilərdən layiqlisini seçmək tələb olunur. Üçüncü
mərhələdə seçilmiş kadrların, dördüncü mərhələdə müsahibə yolu ilə
və yaxud da sənədlər əsasında müəyyənləşdirməklə onların əmək
haqqı təyin olunur və ediləcək güzəştlər nəzərə alınır. Beşinci
mərhələdə işə qəbul olunmuş işçilərin ixtisasa uyğun peşə üzrə
işləmələri və qabiliyyətləri yoxlanılır və onların kollektivə
uyğunlaşması prosesi həll edilir.
Öyrətmə mərhələsində tamamilə ixtisası olmayanların
öyrədilməsi, yeni sahənin öyrədilməsi və ya rəhbər vəzifə tutmaq
üçün öyrədilməsi vacibdir.
Yeddinci mərhələdə isə hər bir işçinin əməyinin
qiymətləndirilməsi prosesi gedir. Burada məqsəd işçinin
qabiliyyətini
üzə çıxarmaq, onun əmək haqqını artırmaq və ya azaltmaq,
onu başqa
sahəyə köçürmək və nəhayət işdən qovmaq variantlarından biri seçilə
bilər.
169
Səkkizinci və doqquzuncu mərhələlərdə işçilərin
qiymətləndirilməsi, onların mükafatlandırılması, cəzalandırılması və
ya vəzifə mövqeyinə keçirilməsi ilə nəticələnə bilər.
Hər bir firma öz işini qurarkən aşağıdakı 2 xüsusiyyətə diqqət
yetirməlidir:
Firmanın (təşkilatın) maddi ehtiyatları, avadanlıqları, texnikası,
müəyyən vaxt keçdikdən sonra tədricən öz dəyərlərini itirirlər.
Hər bir firmanın (təşkilatın) işçiləri illər keçdikcə səriştə
qazandıqları və püxtələşdikləri üçün tədricən öz dəyərlərini artırırlar.
Şəkil 26. Əmək ehtiyatlarının idarə olunması
Dostları ilə paylaş: