AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə84/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   80   81   82   83   84   85   86   87   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Liberal rəhbərlik üslubunda tabeçilikdə olanlara tam sərbəstlik 
verilir və nəzarət də onların özlərinə tapşırılır. Liberal rəhbər 
idarəetmədə və qərar qəbul edilməsində kollektivə etibar edir. 
Liberal lider, səlahiyyətin bölünməsinin tərəfdarıdır və işçilərə 
sərbəstlik verilməsini daha çox xoşlayır. Liberallıq bəzi hallarda 
anarxiyaya aparıb çıxara bilər ki, bu da yolverilməzdir. 
Demokrat lider, avtokrat və liberal liderin üstün cəhətlərini 
birləşdirib tətbiq edir, çatışmayan cəhətlərini isə inkar edir. Onun ən 
müsbət keyfiyyəti işləri və işçiləri obyektiv qiymətləndirmək və 
bunun müqabilində obyektiv tədbirlər görməkdir. 
Demokratik  idarəetmə  üslubunda,  rəhbər  səlahiyyətin 
mərkəzləşdirilməsinə yox, bölüşdürülməsinə cəhd edir və qərar qəbul 
edilməsində bütün işçilər fəal iştirak edirlər. Bu üslubda nəzarət 
mexanizmi çox güclü olur. 
İdarəetmə  münasibətlərinin  qurulmasında  rəhbərlər  2 
xüsusiyyətə daha çox üstünlük verirlər: 
a). İşlərin icrasına daha çox üstünlük vermək; 
b). İşçilərə qayğıya üstünlük vermək. 
Rəhbərlər arasında işə qayğı göstərən və işçiyə qayğı göstərən 
rəhbərlər qrupu da vardır. İdarəçilik şəbəkəsi üzrə rəhbərlik 
üslubunun 5 əsas stili vardır: dilənçilik həddi; istirahət evi; islah evi; 
komanda (təşkilat); ideal (Şəkil  25): 
 
 
 


158
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  25.  İdarəçilik  şəbəkəsi 
 
Şəkildə: 1-1 – işə və işçiyə qayğısızlıq (dilənçilik həddi); 1-9 –  işçiyə həddən 
artıq qayğı göstərmək (istirahət evi); 9-1 –  işə həddən çox qayğı göstərmək (islah 
evi); 5-5 –  işə və işçiyə normal  münasibət (komanda); 9-9 –  işə və işçiyə yüksək 
qayğı (ideal). 
 
İdarəetmə üslublarında Duqlas Mark Qreqor tərəfindən təklif 
edilmiş «X» və «Y» nəzəriyyələri tətbiq edilir. «X» nəzəriyyəsinə 
görə: 
1. 
Adamlar işləməyi xoşlamırlar və imkan olan kimi işdən 
yayınırlar; 
2. 
Adamlar şöhrətpərəst deyillər, məsuliyyətdən qaçmağa cəhd 
edirlər və istəyirlər ki, onları idarə etsinlər; 
3. 
Adamlar daha çox mühafizəni xoşlayırlar; 
4. 
Adamları işələməyə məcbur etmək üçün onları nəzarətdə 
saxlamaq, zorla işlətmək və cəzalandırmaqla qorxutmaq lazımdır. 
 «X» nəzəriyyəsinə görə insanın məcburi işlədilməsi və yeri 
gələndə onun cəzalandırılması lazımdır. «X» nəzəriyyəsi avtokrat 
üslubun tərəfdarıdır. 
«Y» nəzəriyyəsinə görə insanlar sərbəst işləməyə daha çox 
üstünlük verirlər və onların bu qabiliyyətlərindən istifadə etmək 


159
 
 
 
lazımdır. «Y» nəzəriyyəsi liberal rəhbərliyin tərəfdarıdır.  «Y» 
nəzəriyyəsinə görə: 
1. 
Əmək - təbii prosesdir. Əlverişli şərait olarsa, adamlar bütün 
cavabdehliyi öz üzərlərinə götürməyə hazırdırlar. 
2. 
Əgər  məqsəd  birliyi  varsa,  adamlar özünüidarə  və 
özünənəzarətdən istifadə edəcəklər. 
3. 
Birgə  işləmək  məqsədə  çatmaq üçün  mükafatlandırma 
funksiyasıdır. 
4. 
Problemin həllinə yaradıcılıqla yanaşmaq qabiliyyəti tez-tez 
müşahidə olunur, lakin orta səviyyəli adamın intellek potensialından  
(imkanlarından) qismən istifadə olunur. 
«Y» nəzəriyyəsinə görə  aşağıdakılara üstünlük verilir: 
Əmək təbii proses hesab edilir, münasib şəraitdə adamlar özləri 
işləməyə cəhd edirlər. Əgər adamlar təşkilatlansalar, onlar özləri - 
özlərini idarə edəcək və özlərini nəzarətə cəhd edəcəklər. Müsbət 
qarşılıqlı  münasibətlərin yaranması,  məqsədə çatmaq üçün və 
mükafat almaq üçün zəmin ola bilər. 
Rəhbərlərin tətbiq etdikləri  rəftar aspektləri aşağıdakı kimi 
qurulur: 
1. İşə münasibətlərin qurulmasında aşağıdakılar nəzərə alınır: 
a) istehsal funksiyasına görə görüləcək işləri bölüşdürür
b) tapşırıqları və onların icrasını izah edir; 
v) işin planını və qrafikini yaradır; 
q) işin icra prosesini təşkil edir. 
d) tapşırığın yerinə yetirilməsi vacibliyini işçilərə çatdırır. 
2. İşçilərə münasibət (rəftar) aspekti aşağıdakıları nəzərə alır: 
a) qarşılıqlı münasibətlər yaradır; 
b) işçilərin qərar qəbul edilməsində iştiraklarına imkan yaradır; 
v) rəftarı səmimiyyət arasında qurur; 
q) hər bir işçinin işdən zövq almasını təmin edir. 


160
 
 
 
Səmərəli liderlik üçün üç qrup amil nəzərə alınmalıdır: şəxsi 
keyfiyyətlər, qarşılıqlı rəftar və məqamında qərar qəbul etmək 
bacarığı. 
Liderlik nadir idarəetmə keyfiyyətidir. Liderlik - insanlardan və 
başqa resurslardan müəyyən məqsədə çatmaq üçün istifadə etmək 
qabiliyyətidir.  Liderliyə  müasir  baxışlar,  idarəetmə  üslubunun 
tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir.  
Empirik idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 
üslubunu göstərmək olar: 
1. Göstəriş vermə.  Rəhbər  baş  verən hadisələri detallarına 
qədər dərindən öyrənir, məsələnin həllini diqqətlə izləyir, təlimatlar 
verir. Tələbata cavab verməyən yayınmalar tezliklə aşkara çıxarılır və 
məsul şəxslərə göstərişlər verilir. Rəhbər öz istədiyini dəqiq izah edir, 
şəxsi ustalığına və səriştəsinə əsaslanaraq dəqiq izahatlar verir və işin 
yaxşılaşdırılmasını tələb edir. 
2. Tərifləmə.  Bu üslub ondan ibarətdir ki, rəhbər təşəbbüskar 
kimi çıxış edir, cari işlərin icrasını düzgün yerinə yetirənləri tərifləyir, 
onları ruhlandırır. Belə rəhbər təlimat verməkdə və nəzarətdə çox 
fəaldır. Bu üslubda ünsiyyət ən vacib element olduğundan, rəhbər 
adamlarla qeyri-formal tanışlığa və əlaqələri genişləndirməyə can atır.  
3. İdarəetmədə iştirakçı olma.   Bu halda rəhbər, qruplarda 
mənəvi - psixoloji vəziyyətin yaxşılaşdırılmasına çalışır, şəxsi 
münasibətlərin inkişafına diqqət yetirir, işçiləri müzakirələrə cəlb 
edir, işçilərdə  əlaqəlilik (bağlılıq) hissini həvəsləndirir, onlarda öz 
problemlərini özləri həll etmək istəyini  formalaşdırır, lazım gəldikdə 
nümunə göstərir.  
4. Səlahiyyətləri bölüşdürmə.  Rəhbər, axırıncı tədbirçi kimi 
çıxış edir. Görülən işin əsas hissəsinə qrupun ayrı-ayrı üzvləri nəzarət 
edir. Onların səlahiyyətlərinə gündəlik xətti yoxlama və nəzarət 
aiddir. Bu cür uslub yüksək səviyyədə peşəkar olan və öz güclərini 


161
 
 
 
yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq 
olunur. Bu cür şəraitdə idarəetmə öz təşkilatına məsuliyyətlə yanaşan 
və pozitiv münasibətli adamlar tərəfindən həyata keçirilir. 
Rəhbərin qəbul etdiyi üslub bir sıra amillərdən asılıdır, lakin 
onun üçün şəxsi bütövlüyü qorumaq vacibdir və o, özünü həmişə, 
hamı üçün “yaxşı adama“  çevirməyi bacarmalıdir. 
İşçi qrupunda rəhbərin vəzifəsi və  əsas funksiyası, qrup 
üzvlərinin güclü və üstün tərəfləri haqda ümumi məlumat əldə 
etməkdir. Buna görə də yeni vəzifə və tələblər meydana çıxdıqda 
lider dəyişə bilər. Dar düşüncəli rəhbər öz rəhbərlik və nəzarət 
imkanlarından əl çəkməmək xətrinə, belə müsbət prosesi ləngidə 
bilər. Ona görə də, formal rəhbər öz hüquq və vəzifələrinin bir 
hissəsindən könüllü güzəşt etməklə işə daha çox xeyir verə bilər. 
Rəhbərin idarəçilik keyfiyyətlərinin bir növü də başqa işçilər 
üçün mühüm, çox  şey vəd edən və məhsuldar işin müəyyən 
edilməsidir. Mürəkkəb və çox planlı fəaliyyət bir rəhbər üçün yorucu 
olduğundan, o çalışır ki, səlahiyyət və məsuliyyəti  xətti rəhbərlərlə 
bölüşdürsün. 
Səlahiyyətin xətti rəhbərlərə verilməsinin göstərilən mənfi 
cəhətlərinə baxmayaraq, öz səlayyətlərini ustalıqla bölüşdürə bilən 
rəhbərlər müvəffəqiyyət qazanırlar. 
Keçmiş sovet  imperiyasında  yaşamış,  eləcə də müstəqil 
Azərbaycanda  yaşayan əhalinin  bir  qismində  belə  bir  psixoloji  
düşüncə tərzi kök salmışdır ki, bizə hər şeyi verən, bizi yaşadan və 
bizi işlə təmin edən yalnız  dövlət olmuşdur və belə də olmalıdır.  
Səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı olan üstünlük və 
itkiləri, çatışmazlıqları müqayisəli şəkildə aşağıdakı kimi göstərmək 
olar (Cədvəl 4.): 
Cədvəl 4. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin