AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə99/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   95   96   97   98   99   100   101   102   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Fərdi sahibkarlıq bir nəfərin, həmçinin onun ailə üzvlərinin 
mülkiyyətinə  əsaslanır. Sahibkarlıq fəaliyyətinin bu klassik forması 
bu gün də öz əhəmiyyətini itirməmişdir. Belə ki, məsələn, hazırda 
ABŞ-da 15 mindən çox belə təsərrüfat forması mövcuddur. Konkret 
olaraq kiçik müəssisələrə – xırda təsərrüfatlar, xidmət sahələri, eləcə 
də, bir sıra mütəxəssislərin (həkimlərin, alimlərin, müəllimlərin, 
hakimlərin, hüquqşünasların və başqalarının) məsləhət məntəqələri və 
s. daxildir.  
Fərdi sahibkarlığın bir sıra müsbət cəhətləri vardır. Belə ki, 
sahibkarlar tam müstəqilliyə, azadlığa malik olduqlarına görə, 
qərarlar qəbul edərkən, digər mülkiyyət formalarından fərqli olaraq


207
 
 
 
tərəfdaşlara və yaxud direktorlar şurasına müraciət etmirlər. Əldə 
edilən bütün mənfəətə sahib olduqlarına görə onlar səylə çalışırlar, öz 
işlərinə ciddi nəzarət edirlər, müəssisənin sirlərini etibarlı  şəkildə 
qoruyub saxlaya bilirlər və s. 
 Lakin, bununla yanaşı sahibkarlığın bu formasının bir sıra 
mənfi cəhətləri də vardır. Belə ki, kənardan iri kapital, ixtisaslı işçi 
qüvvəsi  cəlb etmək imkanları xeyli məhdud olur. Belə firmalar, 
adətən  uzun ömürlü olmurlar və buna görə də digər sahibkarlar
onlarla uzunmüddətli maliyyə  əlaqələrinə həvəs göstərmirlər. Bir 
neçə nəfərin (əsasən 2-3 nəfərin) payçılığı  əsasında yaradılmış 
tərəfdaş mülkiyyəti də sahibkarlıq forması kimi fərqləndirilir. Hazırda 
ABŞ-da belə müəssisələrin sayı 2 milyona yaxındır. Sahibkarlığın bu 
forması əsasən pərakəndə ticarət, kənd təsərrüfatı, xidmətlər, səhiyyə 
və s. sahələrdə daha geniş yayılmışdır. Sahibkarlığın bu formasının 
iştirakçıları arasında tərəflərdən hər birinin səlahiyyətini, qoyduğu 
vəsait həcmini və formasını, əldə ediləcək gəlirdəki payını, müqavilə 
müddətini və s. müəyyən edən yazılı sənəd və yaxud kontrakt 
(müqavilə) bağlanır. 
Fərdi sahibkarlıqdan fərqli olaraq,  müştərək tərəfdaşlığın 
maliyyə bazası daha geniş və möhkəm olur. İştirakçılar arasında iş 
bölgüsü aparmaq mümkün olur. Lakin bununla belə, tərəflərdən 
birinin müqaviləni pozması bir qayda olaraq müəssisənin dağılmasına 
səbəb olduğuna görə, bu mülkiyyət şəraitində uzun müddəti əhatə 
edən əməliyyatlar aparmaq imkanı məhdud olur. 
Mülkiyyət formasına əsasən sahibkarlığın digər bir forması 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin