AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə105/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   101   102   103   104   105   106   107   108   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

yaxud xidmətin növü); Satış bazarı;  Marketinq strategiyası; İstehsal 
proqramı; İstehsalın təşkili; Müəssisənin təşkilati-hüquqi forması; 
Maliyyə planı; Layihənin rentabelliyi. 
Biznes-planın tərkibinin aşağıdakılardan ibarət olması daha 
optimal olardı: titul vərəqi; mündəricat; xülasə; firma haqqında 
məlumat; biznes üçün mühit; tendensiyalar; siyasət və normativ 
müddəalar; rəqabət; marketinq və satış üzrə plan; satış həcmi üzrə 
məqsədlər;  qiymətqoyma;  gələcək  satışlar;  ticarətin  təşkili; 


222
 
 
 
müştərilərin  təhlili;  mal  və  xidmətlərin  satılmasına  yardım 
proqramları; reklam proqramı. 
Lakin ən ümumi oxşar cəhət ondan ibarətdir ki, biznes-plan qarşısında 
qoyulan əsas vəzifə aşağıdakı suallara cavab vermək olacaqdır: Müəssisə 
nəyə qadirdir? Hansı ideyanı həyata keçirmək niyyətindədir? İdeyanın 
həyata keçirilməsi üçün əlavə hansı işlər görülməlidir? Nə qədər investisiya 
tələb olunur? İnvestisiyanın hansı mənbələrdən alınması nəzərdə tutulub? 
İdeyanın səmərəliliyi necədir? 
Bazar münasibətlərinin formalaşdırılmasının ləng getməsi keçid 
dövrünün özünün çətinlikləri, müəssisələrin istehsal fəaliyyətlərinin 
istiqamətlərinin yeni şəraitdə yaramadığı və başqa bu kimi səbəblər biznes-
planın işlənib hazırlanması tələblərini daha da ciddiləşdirir. Xüsusilə, orta və 
iri müəssisələr üçün hazırlanan biznes - planda ən vacib məsələ 
müəssisələrin inkişafı konsepsiyasının düzgün müəyyən edilməsidir.  
Təbii ki, istehsal sahələrində istehsalları yeni mənimsənilən 
məhsulların və xidmətlərin növlərinin seçilməsi biznes-planın əsas  
özəyini təşkil etməlidir. Müəssisənin gələcək fəaliyyətinin təmini bu 
məsələdən asılı olacaqdır. 
Məlumdur ki, istehsal və satış planları hazırlanarkən ilk 
növbədə geniş marketinq tədqiqatına ehtiyac vardır. Təssüf olsun ki, 
bizdə dərin marketinq tədqiqatları aparmaq üçün lazımi səviyyədə 
informasiya  bazası  yoxdur.  İnformasiya  çatışmazlığı  şəraitində 
verilən proqnozların etibarlılığı aşağı düşür. Odur ki, biznes-planların 
hazırlanmasında ətraflı və dərin marketinq tədqiqatlarının aparılması 
da zəruridir. 
İstehsal və satış planı müəyyənləşdirildikdən sonra biznes-planın həyata 
keçirilməsi üçün lazım olan investisiyanın məbləği müəyyən edilməlidir. 
Nəhayət layihənin səmərəliliyi tədqiq edilməlidir. 
Bütün bu qeyd edilənləri nəzərə alaraq respublikamızda biznes-
planın aşağıdakı strukturunu məqbul hesab edirik: müəssisə haqqında 


223
 
 
 
məlumat; müəssisənin inkişafı konsepsiyasının işlənilməsi; geniş 
marketinq tədqiqatı; məhsulların və xidmətlərin növləri; istehsal və 
satış planı; biznes-planın həyata keçirilməsi üçün tələb olunan 
investisiyanın müəyyən edilməsi; layihənin səmərəliliyi. 
Qeyd edilən bölmələri bütün biznes-planlar üçün eyni cür götürmək 
də vacib deyildir. Biznes-planı hazırlayan şəxslər ona lazım olan əsas 
bölmələri seçə bilər. Məsələn, ola bilər ki, biznes-plana marketinq tədqiqatı 
tamam daxil edilməsin, lakin tədqiqatın nəticəsindən məhsul və xidmətlərin 
növlərinin seçilməsində və eləcə də istehsal və satış planlarının 
hazırlanmasında istifadə etsinlər. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin