AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə103/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   99   100   101   102   103   104   105   106   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Yoxlama üçün suallar 
 
1. Menecment və sahibkarlıq. 
2. Sahibkarlıq və onun təsnifatı. 
3. Biznes və onun əsas funksiyaları. 
4. Sahibkarlıq və biznes. 
5. Biznes fəaliyyətinin təşkili  və idarə olunması. 
6. Sahibkarlıq və biznes fəaliyyətində dövlətin tənzimləyici rolu. 
 
 
 


212
 
 
 
 
 
 
 
6.2. BİZNES - PLANIN  HAZIRLANMASI  
 
Bazar  münasibətlərinin  formalaşdığı  bir  şəraitdə  rəqabət 
mübarizəsində qalib gəlmək, heç olmasa öz mövqeyini qoruyub 
saxlamaq üçün hərtərəfli düşünülmüş fəaliyyət planı olmalıdır. 
Respublikamız müstəqillik əldə etdikdən sonra keçmişdən ona miras 
qalmış, öz dövrü üçün vacib olan istehsal obyektlərini yenidən 
dirçəldib  müasir  tələblərə  cavab  verən  səviyyəyə  qaldırmaq 
günümüzün ən vacib tələbatıdır. Bu məqsədin həyata keçirilməsi 
üçün özəlləşdirmə ilə yanaşı, xarici iş adamlarının, kreditorların və 
investorların bu sahəyə cəlb edilməsi də zəruridir. Bu isə, öz 
növbəsində, dərin təhlil edilmiş və diqqətlə tərtib olunmuş biznes-
plan layihələrinin  hazırlanmasını tələb edir. 
Biznes-plan dedikdə - məhsul istehsal edən və ya xidmət 
göstərən yeni müəssisələrin (yaxud da fəaliyyətdə olan köhnəsinin) 
modernləşdirilməsinə yönəldilmiş tikinti işlərinin həyata keçirilməsi
texnologiyanın mənimsənilməsi, avadanlıqların alınması, kadrların 
hazırlanması  və  ixtisaslarının  artırılması  tədbirlərini  özündə 
birləşdirən kompleks plan nəzərdə tutulur.  
Biznes-plan  müəssisənin  keçmişdəki,  indiki  və  gələcək 
fəaliyyətinin qısa yazılmış şərhidir. 
Biznse-planın əsas məqsədi maliyyə və istehsal sahələri üzrə 
bütün  fəaliyyətin planlaşdırılması  və  əsaslandırılmasını təmin 
etməkdir. Biznes-plan konkret  məhsul istehsalı,  yaxud xidmət 
göstərilməsi ilə bağlı imkanların və tələbatların dərin, obyektiv 
təhlilini özündə əks etdirir. 


213
 
 
 
Biznes-planın funksiyaları olduqca genişdir. Ümumi şəkildə 
biznes-planın funksiyalarını firmadaxili və firmaxarici funksiyalara 
ayırmaq olar.  
Biznes-planın firmadaxili funksiyalarına aşağıdakıları aid etmək 
olar: 
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı 
istiqamətlərinin işlənib hazırlanması; 
- yeni  məhsulların (xidmətlərin)  yaradılması  layihələrinin 
işlənib hazırlanması və həyata keçirilməsi; 
- firmadaxili  elmi-texniki,  istehsal  və  kommersiya 
potensiallarının qiymətləndirilməsi və firmadaxili ehtiyatların aşkar 
edilməsi; 
- yeni avadanlıqların və yeni texnologiyaların alınması üzrə 
tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi; 
- yeni kadrların firmaya cəlb edilməsi üçün seçilməsi və firma 
işçilərinin ixtisaslarının artırılması; 
- firmanın maliyyə vəziyyətinin gedişinə nəzarət; 
- firma  fəaliyyətində risk  səviyyəsinin  aşağı salınması 
tədbirlərinin işlənilməsi; 
- firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırılması; 
- firmanın müflisləşməsi və ya böhran vəziyyətinin xəbərdarlığı 
və s. 
Biznes - planın xarici funksiyalarına aşağıdakıları aid etmək 
olar: 
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi
- dövlət bölməsi müəssisələrinin (eləcə də özəl bölmənin) 
layihələrinin dövlət  planlarına salınmasının təmin edilməsi və 
mərkəzləşdirilmiş mənbədən (büdcədən) vəsait almaq üçün onun 
əsaslandırılması; 


214
 
 
 
- bankdan kredit alınması; 
- fond  bazarında  firmanın  səhmlərinin  müvəffəqiyyətlə 
reallaşmasının təmin edilməsi; 
- layihənin  yaradılmasının  zəruriliyinin  təşkilati-maliyyə 
cəhətdən əsaslandırılması; 
- birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-
müqabillərin, o cümlədən xarici subyektlərin kapitalının müəssisəyə 
cəlb edilməsi. 
Bazar iqtisadiyatı  şəraitində biznes-plan işgüzarlığın bütün 
sahələrində istifadə edilən işçi vasitədir.  
Biznes-plan firmanın fəaliyyəti prosesini təsvir edir, onun 
rəhbərinin hansı yollarla firmanın  məqsədinə nail olacağını, ilk 
növbədə müəssisənin mənfəətinin artırılmasını təmin edəcəyini 
açıqlayır. Yaxşı işlənib hazırlanmış biznes-plan firmanın inkişafına 
köməklik göstərir, bazarda onun mövqeyini möhkəmləndirir, firmanın 
imkanlarının perspektiv planının əsasını təşkil edir, yeni məhsul 
istehsalının  və xidmətlərinin göstərilməsinin  əsas  müddəalarını 
müəyyən edir və onun həyata keçirilməsi üsullarını seçir. 
Biznes-plan firmanın daimi sənədidir, o mütəmadi olaraq 
yeniləşdirilir və firmanın fəaliyyət göstərdiyi mühit dəyişikliklərini, 
eləcə  də  firmadaxili  amilləri  nəzərə  alır.  Biznes-plan 
ixtisaslaşdırılmış elmi təşkilat  tərəfindən aparılan makroiqtisadi 
təhlillə firmadaxili təhlili əlaqələndirir. 
 Adətən, hər bir firmanın biznes - planı olmalıdır. Müxtəlif 
firmaların biznes-plan işləyib hazırlamaq imkanları bir-birindən 
fərqlənir.  Kiçik firmalar (müəssisələr) biznes-planın hazırlanmasına 
kənar fiziki şəxsləri və subyektləri cəlb edə bilərlər.  
Firmanın  biznes-planının, onun konkret  fəaliyyətinin geniş 
təhlili əsasında işlənib hazırlanması üçün o aşağıdakıları  əhatə 
etməlidir: 


215
 
 
 
-  əmtəə istehsalının konkret layihəsinin hazırlanması; 
- yeni növ məhsul istehsalının mənimsənilməsi, yaxud xidmətin 
göstərilməsi; 
- iqtisadi məsələlərin həll edilməsi üçün konkret maliyyə, 
texniki-iqtisadi və təşkilati mexanizmin öyrənilməsi. 
Biznes-plan firmanın fəaliyyətinin strategiyasını müəyyən edən 
sənəddir.  
Bununla yanaşı o, firmanın inkişafının ümumi konsepsiyasına 
söykənir; firmanın daha geniş iqtisadi və maliyyə strategiyasının 
işlənib  hazırlanmasını,  konkret  tədbirlərin  texniki-iqtisadi 
əsaslandırılmasını özündə əks etdirir. 
Biznes-planın işlənib hazırlanmasını aşağıdakı   mərhələlərə 
bölmək olar: 
birinci mərhələ - firmanın inkişaf konsepsiyasının işlənilməsi; 
ikinci mərhələ - investisiya proqramının işlənib hazırlanması; 
üçüncü  mərhələ  -  orta  müddətli  biznes-planın  işlənib 
hazırlanması; 
dördüncü  mərhələ  -  biznes-planın  həyata  keçirilməsi 
tədbirlərinin işlənilməsi. 
Strateji sənəd olan biznes-planın əsas xüsusiyyətləri ondan 
ibarətdir ki, onun məsələlərinin qoyuluşu real maliyyə imkanları ilə 
balans təşkil etməlidir. Biznes-planın qəbul edilməsi üçün ən zəruri 
şərt - maliyyə resursları ilə təmin edilməsidir. Bu, layihənin ən əsas 
nəzərə alınacaq müddəasıdır və layihə hazırlanarkən əsas diqqət məhz 
bu sahəyə yönəldilməlidir. 
Biznes-plan  layihələri  innovasiya  xüsusiyyətləri daşımaqla 
yanaşı, kifayət  qədər  müstəqil işlənib  hazırlanmalıdır,  məlum 
olmalıdır ki, bu layihənin həyata keçirilməsi üçün nə qədər xərc 
lazımdır və bu nə kimi iqtisadi səmərə verəcəkdir. 


216
 
 
 
Biznes-plan bir sıra məsələlərin həll edilməsinə imkan yaradır. 
Bunlardan ən əsasları: firmanın fəaliyyət istiqamətlərinin iqtisadi 
əsaslandırılması; firma fəaliyyətinin gözlənilən maliyyə nəticələrinin, 
ilk  növbədə  satış  həcminin,  mənfəətin, səmərəliliyin  və s. 
hesablanması; firmanın seçilən strategiyasının  həyata keçirilməsi 
üçün zəruri olan maliyyə ehtiyatlarının mənbələrinin müəyyən 
edilməsi; layihənin həyata keçirilməsi üçün kadrların seçilməsi və s-
dir. 
Biznes-planın hər bir məsələsi yalnız digərlərilə qarşılıqlı 
əlaqədə həll edilə bilər. 
Biznes-planın  hazırlanması  prosesi  başlanmış  işi  bütün 
incəlikləri ilə təhlil etməyi tələb edir. Çünki biznes-plan gələcək tərəf-
müqabillərlə danışıqların aparılması və biznes razılaşmalarının həyata 
keçirilməsi üçün də başlıca sənəddir.  
Beləliklə, biznes-plan firmadaxili sənəd olmaqla bərabər eyni 
zamanda firmaxarici sənəddir.  
Bu xüsusilə, kənar investorlar üçün daha vacibdir. Onlar 
investisiyalarını  yönəltdikləri  layihələri  ətraflı  öyrənir,  onun 
səmərəliliyini daha dərindən təhlil edir  və bundan sonra 
investisiyalaşdırma üzrə qərar qəbul edirlər. 
Biznes-planın strukturu  və tərkibinə olan tələblər  dəqiq 
reqlamentləşdirilməmişdir.  Odur  ki,  ayrı-ayrı  ölkələrdə,  hətta 
firmalarda, kredit təşkilatlarında biznes-planın tərkibi və strukturuna 
qoyulan tələblər bir-birindən fərqlənirlər. Əslində bu  belə də 
olmalıdır. Belə ki, ayrı-ayrı biznes fəaliyyəti sahələri və obyektləri 
bir-birindən öz spesifik xüsusiyyətləri ilə kifayət qədər fərlənirlər. 
Biznes-planın strukturunun əsasən   yeddi bölmədən və 
səmərəlilik amilindən ibarət olması münasib hesab edilir ( Şəkil  34)
Bildiyimiz kimi,  xüsusi mülkiyyətə aid olan bütün kiçik 
müəssisələrdə   fəaliyyətin əsas məqsədi mənfəət qazanmaqdır. 


217
 
 
 
Biznes-planın  əsas  məqsədlərindən  biri də,  firma tərəfindən 
maksimum mənfəət qazanmağın  təmin edilməsidir və bu məqsədlə 
bazarın, tələb-təklif münasibətlərinin, rəqabətin və digər amillərin 
öyrənilməsi və nəzərə alınması vacibdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  34.  Biznes-planın strukturu 
 
Firmanın  fəaliyyət  strategiyasından  asılı  olaraq,  onun 
məqsədləri cədvəl 7-də verilmişdir. 
«Ümumiləşmiş  xülasə,  biznes-planın əsas parametrləri və 
göstəriciləri» adlanan ikinci bölmə, ümumiləşmiş bölmə olmaqla, 
planın  əsas ideyasını və məzmununu qısaldılmış  şəkildə özündə  əks 
etdirir. O tədricən plan işlənildikcə dəqiqləşdirilir və biznes-plan tam 
hazır olanda başa çatır. Ümumiləşmiş bölmədə aşağıdakılar əhatə 
edilir: 
- layihənin başlıca məqsədi; 


218
 
 
 
-  məhsulun qısa xarakteristikası, nəzərdə tutulan planın son 
nəticəsi və ona nail olmaq yolları; 
- layihənin həyata keçirilməsi müddəti; 
- layihənin həyata keçirilməsilə əlaqədar olan xərclər; 
- gözlənilən səmərə və nəticə; 
_ nəticələrdən istifadə sahələri. 
 
 Cədvəl 7 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin