İnfiltrasiya və ödemin proqressivləşməsi ağciyər parenximasında mikrosirkulyasiyanın pozulmasına və ağciyər damarlarının trombozuna gətirib çıxarır ki, bu da ağciyər parenximasının nekrozuna və bu zonada patogen mikrofloranın sürətli inkişafına səbəb olur
PATOFIZIOLOGIYASI
Patoloji prosesin gedişindən asılı olaraq abses və ya qanqrena meydana çıxa bilər.
Absesin formalaşması ilə gedən destruksiya zamanı daxilində irin və nekrotik toxumalar olan və piogen kapsula ilə əhatə olunan oval formada boşluq yaranır.
Sonra bu boşluğun bronxlara açılması baş verir (85% hallarda) (xəstəliyin gedişinin ikinci fazası).
PATOFIZIOLOGIYASI
Ağciyərin qanqrenası zamanı nekrotik sahə sürətlə genişlənərək bir payı, 2 payı və ya bütün ağciyəri əhatə edir.
Nekrozlaşmış parenximada çürüntülü toxuma fraqmentlərinə malik çoxlu sayda boşluqlar formalaşır.