Məhdudlaşma olmadığından çürüntülü parçalanma məhsulları qana sorularaq ağır intoksikasiya, digər orqanların toksiki zədələnməsini törədir və ölümlə nəticələnir.
LOKALIZASIYASI
Sağ ağciyərin bronxlarının mənfəzi daha geniş olduğundan, xəstənin arxası üstə uzanıqlı vəzyyətində aspirasion abseslər əsasən sağ ağciyərin yuxarı payının arxa seqmentlərində və aşağı payının yuxarı seqmentində rast gəlinir.
KLINIKASI
Klassik ağciyər absesinin klinik gedişində 2 dövr ayırd edilir:
1. Absesin bronxa açılana qədərki dövrü
2. Absesin bronxa açıldıqdan sonrakı dövrü
KLINIKASI
Absesin bronxa açılana qədərki dövrünün klinik mənzərəsi:
Bədən hərarətinin kəskin olaraq 38 C-yə və daha artıq yüksəlməsi
Döş qəfəsində ağrılar
Quru və ya az miqdarda bəlğəm ifrazı ilə müşayiət olunan öskürək