Perkussiya və auskultasiya zamanı patoloji prosesin lokalizasiyası və həcmindən asılı olaraq müxtəlif dəyişikliklər aşkar edilir
Absesin həcmi böyük və subplevral yerləşdikdə və plevra boşluğuna eksudasiya ilə müşayiət olunan hallarda döş qəfəsinin həmin tərəfində ekskursiyanın məhdudlaşması, perkutor səsin qısalması, tənəffüsün zəifləməsi və bəzən eşidilməməsi müəyyən edilir.
Ağciyərin digər nahiyələrində isə müxtəlif kalibrli quru və yaş xırıltılar eşidilir.
Absesin bronxa açılandan sonrakı dövr
Auskultasiyada destruksiya zonasında iri qovuqcuqlu xırıltılar, böyük ölçülü boşluqlar olan hallarda isə amforik tənəffüs eşidilir.