Ağciyərin abses və qanqrenası ağciyərlərin qeyri-spesifik infeksion destruksiyası olub, ağciyər parenximasının nekrozu, irinli və çürüntülü prosesin inkişafı və bu zonada sonradan boşluqların əmələ gəlməsi ilə xarakterizə olunur.
ÜMUMİ ANLAYIŞ
Klinik təzahürünə, gedişatların ağırlığına və proqnozuna görə fərqlənən ağciyərin absesi və qanqrenasının bir qrupda birləşdirilməsinin səbəbi hər iki xəstəliyin başlanğıc fazalarının eynitipli olmasıdır.
ÜMUMİ ANLAYIŞ
Patoloji prosesin növbəti inkişafında xarakterik morfoloji dəyişikliklər meydana çıxdıqdan sonra xəstəlik ağciyərin infeksion destruksiyasının bu və ya digər formasına aid edilir.
AĞCIYƏRIN ABSESI
Ağciyər toxumasında irinli və ya çürüntülü iltihabi prosesin inkişafı zamanı formalaşan və sağlam sahədən piogen kapsula ilə məhdudlanan boşluğun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlik ağciyərin absesi kimi qəbul olunur.
Ağciyərin qanqrenası - başlanğıc mərhələdə ağciyər toxumasının massiv nekrozu ilə xarakterizə olunur və onun həcmindən, mikrofloranın virulentliyindən, orqanizmin ümumi vəziyyətindən asılı olaraq infeksion-destruktiv proses ətraf sağlam nahiyələrdən iltihabi-qranulyasion «yastıqla» məhdudlana bilər və ya məhdudlanma olmayan hallarda nekrotik prosesin proqressivləşməsi bütün ağciyərə yayıla bilər (ağciyərin yayılmış qanqrenası).
TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI
Bronx-ağciyər:
Infeksiyanin ağız və burun-udlaqdan ağciyərə daxil olması
Qusuntu kütləsinin və infeksiyalaşmış materialların aspirasiyası
Hematogen-embolik:
İnfeksiyalaşmış embolların ağciyərdən kənar ocaqlardan qan dövranı vasitəsilə daxil olması (septikopiemiya, osteomielit, irinli tromboflebit və s). Təxminən 9% hallarda rast gəlinir.
TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI
Limfogen:
İnfeksiyanın qonşu zonanın orqanlarının infeksion mənşəli xəstəlikləri (tonzillit, mediastinit, diafraqmaaltı abses və s) zamanı meydana çıxır. Nadir hallarda rast gəlinir.
Travmatik mənşəli:
Ağciyər toxumasının zədələnməsi zamanı infeksiyanın ağcityər toxumasına keçməsi
MEYLTÖRƏDİCİ AMİLLƏR
Ağciyərin infeksion destruksiyasının meydana çıxmasına şərait yaradan amillər:
Tənəffüs sisteminin mühafizə mexanizmlərinin pozulmasına səbəb olan tənəffüsün gigiyenasının pisləşməsi
İmmundefisit vəziyyətlərin tezliyinin artması (QİÇS, transplantasiya ilə əlaqədar)
Şəkərli diabet
Alkoholizm
Törədicilərin antibiotiklərə rezistent ştammların geniş yayılması
AĞCIYƏRLƏRIN INFEKSION DESTRUKSIYASININ TƏSNIFATI
I. Patogenezinə görə:
1. Bronxogen (o cümlədən aspirasion və obturasion)
Ağırlaşmış (plevranın empieması, ağciyər qanaxması, sepsis, digər ağciyərin pnevmoniyası və s)
Sayına və lokalizasiyasına görə abseslər:
a) tək; b) çoxsaylı; c) birtərəfli; d) ikitərəfli ola bilər.
RASTGƏLMƏ TEZLIYI VƏ PROQNOZU
Rastgəlmə tezliyi
Pnevmoniyalar zamanı – 2-5%
Döş qəfəsinin qapalı travmalarından sonra – 1,5-2%
Proqnozu:
Bu patologiyanın müalicəsində nailiyyətlərə baxmayaraq ağciyər abseslərində letallıq 10%-ə çatır, ağciyərin qanqrenasında isə həddən artıq yüksək olaraq qalmaqdadır – 40-90%.
Ağciyər toxumasında infeksion destruksiyanın meydana çıxması üçün ağciyər parenximasına sadəcə patogen mikroorqanizmlərin daxil olması kifayət deyildir.
Belə ki, traxeo-bronxial şaxənin drenaj funksiyası saxlandıqda və yerli və ümumi müdafiə mexanizmləri normal fəaliyyət göstərdikdə, mikrob invaziyası klinik əlamətlərlə təzahür etmir.
Ağciyərin kəskin infeksion destruksiyasının baş verməsi üçün bu mexanizmləri pozan patogen amillərin olması vacibdir.
ÜMUMI MÜDAFIƏ MEXANIZMLƏRINİ POZAN AMİLLƏR
Patogen mikrofloranın yüksək virulentliyi
Bronxların keçiriciliyinin və drenaj funksiyasının pozulması
Ağciyər toxumasının posttravmatik iltihabi və ya infeksion zonasında mikrosirkulyasiyanın pozulması
BRONXLARIN KEÇIRICILIYININ POZULMASINA SƏBƏB OLAN AMILLƏR
Ağciyər parenximasının massiv iltihabı zamanı kiçik bronxların selikli qişasının ödemi
Huşun itməsi, kəskin alkohol intoksikasiyası, narkoz, komatoz vəziyyətlər, epileptik tutmalar zamanı qusuntu kütləsinin aspirasiyası
Bronxların obturasiyası: Yad cisimlər, xoş və bədxassəli şişlər, parabronxial limfa düyünlərinin böyüməsi
AĞCIYƏRLƏRIN DESTRUKSIYASININ INKIŞAFINDA ROL OYNAYAN XƏSTƏLIKLƏR
Bronxların xroniki qeyri-spesifik xəstəlikləri
Alkoholizm
Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər
Ağciyərin qan təchizatının pozulması ağciyər arteriyası şaxələrinin emboliyası zamanı inkişaf edir və infarkt-pnevmoniya ilə müşayiət olunur.
Ağciyər arteriyası şaxələrinin emboliyası üçün şərait yaradan xəstəliklərə aiddir:
Septik endokardit
Ətraf venalarının tromboflebiti
Periferik və mərkəzi venaların kateterizasiyası zamanı meydana çıxan flebitlər
Müxtəlif lokalizasiyalı abseslər (infeksiyalaşmış trombların miqrasiyası)
PATOFIZIOLOGIYASI
Mənşəyindən (bakterial pnevmoniya, infarkt-pnevmoniya, septiki infarkt-pnevmoniya, aspirasion pnevmoniya) asılı olmayaraq ağciyər toxumasında iltihabi infiltrasiya zonasında bronxların selikli qişasının ödemi, spazmı, patoloji möhtəviyyatla obturasiyası nəticəsində bronxların keçiriciliyinin pozulması baş verir.
PATOFIZIOLOGIYASI
İnfiltrasiya və ödemin proqressivləşməsi ağciyər parenximasında mikrosirkulyasiyanın pozulmasına və ağciyər damarlarının trombozuna gətirib çıxarır ki, bu da ağciyər parenximasının nekrozuna və bu zonada patogen mikrofloranın sürətli inkişafına səbəb olur
PATOFIZIOLOGIYASI
Patoloji prosesin gedişindən asılı olaraq abses və ya qanqrena meydana çıxa bilər.
Absesin formalaşması ilə gedən destruksiya zamanı daxilində irin və nekrotik toxumalar olan və piogen kapsula ilə əhatə olunan oval formada boşluq yaranır.
Sonra bu boşluğun bronxlara açılması baş verir (85% hallarda) (xəstəliyin gedişinin ikinci fazası).
PATOFIZIOLOGIYASI
Ağciyərin qanqrenası zamanı nekrotik sahə sürətlə genişlənərək bir payı, 2 payı və ya bütün ağciyəri əhatə edir.
Nekrozlaşmış parenximada çürüntülü toxuma fraqmentlərinə malik çoxlu sayda boşluqlar formalaşır.
PATOFIZIOLOGIYASI
Məhdudlaşma olmadığından çürüntülü parçalanma məhsulları qana sorularaq ağır intoksikasiya, digər orqanların toksiki zədələnməsini törədir və ölümlə nəticələnir.
LOKALIZASIYASI
Sağ ağciyərin bronxlarının mənfəzi daha geniş olduğundan, xəstənin arxası üstə uzanıqlı vəzyyətində aspirasion abseslər əsasən sağ ağciyərin yuxarı payının arxa seqmentlərində və aşağı payının yuxarı seqmentində rast gəlinir.
KLINIKASI
Klassik ağciyər absesinin klinik gedişində 2 dövr ayırd edilir:
4) Uzaq orqanlarda metastatik abseslərin əmələ gəlməsi
DIAQNOSTIKASI
Absesin bronxa açılana qədərki dövrü
Perkussiya və auskultasiya zamanı patoloji prosesin lokalizasiyası və həcmindən asılı olaraq müxtəlif dəyişikliklər aşkar edilir
Absesin həcmi böyük və subplevral yerləşdikdə və plevra boşluğuna eksudasiya ilə müşayiət olunan hallarda döş qəfəsinin həmin tərəfində ekskursiyanın məhdudlaşması, perkutor səsin qısalması, tənəffüsün zəifləməsi və bəzən eşidilməməsi müəyyən edilir.
Ağciyərin digər nahiyələrində isə müxtəlif kalibrli quru və yaş xırıltılar eşidilir.
Absesin bronxa açılandan sonrakı dövr
Auskultasiyada destruksiya zonasında iri qovuqcuqlu xırıltılar, böyük ölçülü boşluqlar olan hallarda isə amforik tənəffüs eşidilir.
DIAQNOSTIKASI
Absesin bronxa açılana qədərki dövründə
Rentgenoloji və KT müayinədə:
Böyük və ya kiçik ölçülü yüksək sıxlığa malik kölgəlik müəyyən edilir.
DIAQNOSTIKASI
DIAQNOSTIKASI
Absesin bronxa açılandan sonrakı dövr
Rentgenoloji və KT müayinədə:
massiv infiltrasiya yerində horizontal maye səviyyəsi olan boşluq aşkar edilir.
DIAQNOSTIKASI
AĞCIYƏRIN QANQRENASININ KLINIK MƏNZƏRƏSI
Kliniki olaraq daha ağır gedişə malik olur
Çoxlu miqdarda köpüklü və pis qoxulu, “ət suyuna” oxşayan bəlğəm xaric olur
Tənəffüsün, qan dövranının, maddələr mübadiləsinin ağır pozğunluğu meydana çıxır
Təngnəfəslik
Anemiya
Sianoz
Auskultasiyada çoxsaylı müxtəlif kalibrli yaş xırıltılar eşidilir
DIAQNOSTIKASI
Rentgenoloji və KT müayinədə
Ağciyərdə hər gün böyüməyə meylli olan böyük ölçülü kölgəlik aşkar edilir.
KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI
1. Orqanizmin müqavimətinin artırılması
Gigiyenik rejimə əməl olunması
Qidalanmanın yaxşılaşdırılması
2. Absesin drenləşməsi üçün əlverişli şəraitin yaradılması
Bəlğəmgətirici vasitələrdən istifadə olunması
Bronxlara aerozol şəklində proteolitik və mukolitik preparatların yeridilməsi
Müalicəvi bədən tərbiyəsi və postural drenaj
KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI
3. Rasional antibakterial terapiya
Həssas və geniş spektrli antibiotiklərin (aminoqlükozidlər, sefalosporinlər) sulfanilamidlər, metronidazolla kombinəolunmuş halda istifadəsi
Antibiotiklərin aerozol şəklində bronxlar vasitəsilə abses boşluğuna yeridilməsi
4. Ürək fəaliyyətinin yaxşılaşdırılması
5. Dezintoksikasion terapiya
6. İmmunmodullaşdırıcı terapiyA
ANTİBİOTİKOTERAPİYA
Anaerob infeksiyalarda:
Clindamycin (bəzi anaeroblar B-laktamaza hasil etdiklərinə görə penisillin qrupu preparatlarına rezistentlik yaranır).
Metronidazol
Antibiotiklər abses boşluğuna yeridilərkən həssaslıqla yanaşı preparatın turşuluga (pH) davamlılığı da nəzərə alınmalıdır (aminoqlükozidlər)
Müasir tövsiyyələrə görə antibiotiklər rentgenoloji dinamika (absesin sorulması, ölçüsünün kiçilərək stabilləşməsi) əldə olunana qədər təyin olunmalıdır.