Agile (çevik) metod, proqram təminatında istifadə olunan layihələrin idarə olunmasına xüsusi yanaşmadır. Bu metod, komandaların proqram təminatını inkişaf etdirmə proseslərinin gözlənilməzliyinə cavab verməyə kömək edir



Yüklə 23,2 Kb.
səhifə3/3
tarix22.03.2023
ölçüsü23,2 Kb.
#89131
1   2   3
Agile nədir

Sprint nədir?
Agile-da sprint bir layihənin müəyyən bir mərhələsi üçün ayrılmış vaxtdır. Sprintlərin müddəti başa çatdıqda, layihə tamamlanır. Komanda üzvləri arasında inkişafın qənaətbəxş olub-olmaması ilə bağlı fikir ayrılıqları ola bilər. Bununla birlikdə layihənin müəyyən bir mərhələsində bundan sonra heç bir iş görülməyəcəkdir. Layihənin qalan mərhələləri müddət ərzində inkişaf etdiriləcəkdir.
Scrum nədir?
Scrum yanaşması ən populyar Agile üsuludur. Scrum, parçalanma və təkrarlanmaya əsaslanan, böyük və mürəkkəb proqram proseslərinin idarə olunması üçün seçilən bir üsuldur. Beləliklə, “Scrum metodunun nə faydaları var?”-deyə soruşsanız, onu aşağıdakı kimi sadalaya bilərik:

  1. Layihənin açıq və aydın olması həm vaxta qənaət edir, həm də layihənin uğurla başa çatmasını təmin edir.

  2. Layihəni başa düşülən və idarəolunan hissələrə bölmək potensial problemləri tez müəyyənləşdirmək və düzəltmək üçün vaxta qənaət edir.

  3. Layihənin bütün axınından xəbərdar olmaq, komanda daxilində ünsiyyəti artırır.

  4. Müştərilərdə güvən yaradılır ki, bununla da layihənin uğurlu olacağı gözlənilir.

Scrum metodunun düzgün və başa düşülən tətbiqini təmin edən şəxsə Scrum Master deyilir. Bu şəxs, komandanın Scrum metodu və təcrübəsinə uyğun olmasını təmin edərək öz vəzifələrini yerinə yetirir. Həm də komandadakı insanların qarşılaşdığı problemlərə kömək edən və dəstəkləyən adamdır.
Layihələrinizin hamar və tez bir şəkildə çatdırılmasını istəyirsinizsə, müştəri ilə işləməyi və dəyişikliklərə açıq olmağı qəbul edərək agile mədəniyyətinizi şirkətinizə gətirməyə başlaya bilərsiniz.
Yüklə 23,2 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin