Ağqoyunlular



Yüklə 372,32 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü372,32 Kb.
#35187
1   2   3   4
Ağqoyunlular

Qutlu bəy (1362–1389)

  • Turəli bəydən sonra Fəxrəddin ləqəbini daşıyan Qutlu bəy Ağqoyunluların hökmdarı oldu. Fəxrəddin Qutlu bəyi dindar və səmimi bir hökmdar olaraq təsvir edən Əbu Bəkr Tehrani, Kitab-i Diyarbəkriyyə əsərində onun Axısqanı ələ keçirdiyini və böyük qənimətlə geri döndüyünü yazırQutlu bəyin dövründə Ağqoyunlular, Ərzincan hakimi Müdahhardən, Ərətnalılar, Qazi Bürhanəddin və Məmlüklər arasındakı mübarizələrdə fəal rol oynadılar.

Qazi Bürhanəddin
  • Ərətna hökmdar Əlaəddin Əli bəyin 1380-ci ildə ölməsindən sonra hakimiyyət onun kiçik yaşlı oğlu gəldi. Əslində isə dövləti vəzir Qazi Bürhanəddin idarə edirdi. Bir müddət sonra isə Qazi Bürhanəddin Sivasda özünü müstəqil hakim elan etdi.
  • Qazi Bürhanəddinin qüvvətlənməsindən narahat olan Ağqoyunlu-Müddahardən ittifaqı, Qutlu bəyin oğlu Əhməd bəyi Sivasa hücuma göndərdi. Əhməd bəy, əvvəlcə Qazi Bürhanəddinin komandirlərindən olan Yusif bəyi məğlub edərək öldürsə də, Qazinin böyük qoşunla Sivasa yaxınlaşdığını xəbər tutduqdan sonra mühasirədən əl çəkib geri çəkildi.
  • 1387-ci ildə Məmlüklərin Malatya hakimi Mintaş, mərkəzi hakimiyyətə qarşı çıxdı və Qazi Bürhanəddindən kömək istədi. Bunun qarşılığında Malatyanı Qazi Bürhanəddinə təklif etdi.Bu zaman Əhməd bəy Bürhanəddinin hüzuruna gələrək Ağqoyunluların tabeliyini bildirdi və Malatya yürüşünə qatıldı.
  • Lakin nə Ağqoyunlular, nə də Qazi Bürhanəddin bu yürüşdən heçnə əldə edə bilmədilər. Əlavə olaraq Məmlüklərin də düşmənliyini qazandılar.1389-cu ildə Qutlu bəy öldü. O, Bayburtda dəfn edildi

Yüklə 372,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin