Al-lulu vəl-mərcan


Az Yeməklə Kömək Etməyin Fəziləti, İki Nəfərlik Yeməyin



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

 

 

Az Yeməklə Kömək Etməyin Fəziləti, İki Nəfərlik Yeməyin 



Üç Nəfərə Çatacağı Və Buna Bənzər Şeylər  

 

                                                



109

 Suffə – Peyğəmbər  məscidinin içində, üstü talvarla örtülmüş bir yerdir. Mədinədə ev-eşiyi və mal-mül-

kü olmayan əshabələr burada qalırdılar. Bu səbəbdən də onlara süffə əhli deyirdilər. 


 

 

600 



 

 

1333. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki nəfərin yeməyi 



üç  nəfərə  bəs  edər,  üç  nəfərin  yeməyi  də  dörd  nəfərə  bəs  edər.”  (Buxari  5392, 

Muslim 5488, 2058/178)  

 

 

 

Mömin Bir Qarına (Doydurmaq Üçün) Yemək Yeyir, Kafir 



İsə Yeddi Qarına Yemək Yeyir 

 

 



 

1334. İbn Ömər  rəvayət edir ki, Peyğəmbərin  buyurdu: “Mömin bir qarına 

yemək yeyir, kafir və ya münafiq isə yeddi qarına.” (Buxari 5394, Muslim 5496, 

2061/184)  

 

 

 



1335. Əbu Hureyrə   rəvayət edir ki, bir nəfər çox yemək yeyirdi.  Müsəlman 

olduqdan  sonra  az  yemək  yeməyə  başladı.  Bu  adamın  halı  Rəsulullaha  zikr 

olundu. Peyğəmbər: “Mömin bir mədəni doldurmaq üçün yemək yeyər, kafir 

isə  yeddi  mədəni  doldurmaq  üçün  yeyər”.  (Buxari,  5397,  Muslim  5493, 

2060/182) 

 

 

 

Yeməyi Pisləməmək 

 

 



 

1336.  Əbu  Hureyra    demişdir:  “Peyğəmbər    heç  vaxt  heç  bir  yeməyi 

pisləməzdi. Yemək xoşuna gəldikdə onu yeyər, əks halda isə onu tərk edərdi.” 

(Buxari 3563, Muslim 5501, 2064/187)  

 


 

 

601 



 



 

 

 

 



 

Libas Və Zinət 

Kitabı 

 

 



 

 

 


 

 

602 



 

 

Su İçmək Və Digə Hallarda Qızıl Və Gümüş Qablardan 



İstifadə Etməyin Kişi Və Qadınlara Haram Olması 

 

 



 

1337. Peyğəmbərin  zövcəsi Ummu Sələmə 

 rəvayət edir ki, Peyğəmbər  



buyurdu:  “Gümüş  qabda  su  içən  kimsələr,  əslində,  qarnına  Cəhənnəm  odu 

doldurur  (və  ya  Qiyamət  günü  Cəhənnəm  odu  onun  qarnında  gurulda-

yacaqdır).” (Buxari 5634, Muslim 5506, 2065/1)  

 

 

 

Kişi Və Qadınlara Qızıl, Gümüş Qablardan İstifadə 

Etməyin Haram, Kişinin Qızıl Üzük İlə İpək İstifadə 

Etməsinin Haram, Qadınlara İcazəli Olması, Dörd 

Barmaqdan Artıq Olmamaq Şərtilə Naxışlı Və Bənzərinin 

Kişilərə mübah Olması  

 

 



 

1338. Bəra İbn Azib  rəvayət edir ki, Peyğəmbər  bizlərə yeddi şeyi etməyi 

əmr  etdi  və  yeddi  şeydən  bizləri  nəhy  etdi.  Bizlərə  xəstə  ziyarəti  etməyi, 

cənazə arxasından getməyi, asqırana dua etməyi, dəvətə icabət etməyi, salamı 

yaymağı,  məzluma  yardım  etməy,  and  içənin  andını  qəbul  etmyi  əmr  etdi. 

Qadağan  etdi  –  qızıl  taxmaqdan,  gümüş  qablarda  içməkdən  və  ya  istifadə 

etməkdən,  əl-Məyasiri  (Əcəmlərin  ipəkdən  düzəltdikləri  yastıq),  əl-Qissiyi 

(Misir  və  Şamdan  gətirilən  naxışlı  paltar)  ipək  geyməyi,  qalın  ipək  və  dibəc 

geyməyi qadağan etdi”. (Buxari 5635, Muslim 5510, 2066/3)  

 


 

 

603 



 

 

1339.  Huzeyfə    demişdir:  “Mən  Peyğəmbərin    belə  buyurduğunu 



eşitmişəm: “İpək və zərxara geyinməyin, qızıl və gümüş qablarda su içməyin, 

belə qablarda yemək də yeməyin. Çünki bütün bunlar onlara dünyada, sizə isə 

axirətdə nəsib olacaq.” (Buxari 5426, Muslim 5521, 2067/5) 

 

 



 

 

1340.  (Bir  dəfə)  Ömər  İbn Xattab    məscidin  qapısının yanında  (satılan) ipək 



paltarı  görüb  dedi:  “Ey  Allahın  elçisi!  Yaxşı  olar  ki,  bu  paltarı  alasan  və  onu 

həm  cümə  günləri,  həm  də  yanına  nümayəndələr  gələndə  geyəsən”.  Pey-

ğəmbər:  “Bu  paltarı  axirətdə  heç  bir  payı  olmayan  kimsə  geyər!”  Sonralar 

Peyğəmbərə    belə  ipək  paltarlar  gətirdilər  və  o,  bunlardan  birini  Ömər  ibn 

Xattaba  verdi.  Ömər:  “Ey  Allahın  elçisi!  Sən  mənə  bu  paltarı  verdin,  halbuki 

özün Utaridin (gətirdiyi) paltarlar haqqında  dediyini demişdin!”. Peyğəmbər: 

“Mən  bunu  sənə  ona  görə  vermədim  ki,  sən  onu  geyəsən.”  Belə  olduqda, 

Ömər İbn Xattab  onu Məkkədə yaşayan müşrik qardaşına verdi. (Buxari 886, 

Muslim 5522, 2068/6) 

 

 



 

1341.  Əbu  Osman  ən-Nəhdi    demişdir:  “(Bir  zaman)  biz  Utbə  İbn  Fərqədlə 

birlikdə  Azəbaycanda  ikən  Ömərin    məktubu  bizə  yetişdi.  (Ömər)  işarə 

barmağı  ilə  orta  barmağını  birləşdirərək:  “Bu  istisna  olmaqla

110

 Peyğəmbər   



ipək  geyinməyi  qadağan  etmişdir”  deyə  buyurdu.”  O,  (bununla)  parçanın 

üzərində olan zolaqları qəsd edirdi.” (Buxari 5828, Muslim 5536, 2069/14) 

 

                                                



110

 Ömərin    dediyinə  görə  paltarın  üstündə  iki  barmaq  yoğunluğunda  ipək  zolaq  olarsa,  həmin  paltarı 

geyinmək olar.  


 

 

604 



 

 

1342.  Əli    demişdir:  “Peyğəmbər    mənə  ipəkdən  olan  miləmil  parçadan 



tikilmiş bir paltar hədiyyə etdi və mən də onu əynimə geyindim. Lakin sonra 

onun  qəzəbləndiyini  gördüm  və  paltarı  iki  yerə  bölüb  qadınlarıma  verdim.” 

(Buxari 2614, 5366, 5840, Muslim 5544, 2071/19) 

 

 



 

1343. Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Hər kim dünyada xalis 

ipək  geyinərsə  axirətdə  onu  əsla  geyinməz”.  (Buxari  5832,  Muslim  5546, 

2073/21) 

 

 

 



1344.  Uqbə  İbn  Amir    rəvayət  edir  ki,  Peyğəmbərə    arxasında  kəsik  olan 

ipək  paltar  hədiyyə  etmişdilər.  O,  bu  paltarı  geyib  onda  namaz  qıldı  və 

(namazı) bitirdikdən sonra nifrət etdiyi bir şey kimi onu tez əynindən çıxarıb 

dedi:  “Allahdan  qorxanlara  bunu  (geymək)  yaraşmaz.”  (Buxari  375,  5801, 

Muslim 5548, 2075/23) 

 

 

 

Kişilərdə Qaşınma Və Bənzəri Xəstəlik Olduğu Zaman İpək 

Geyinməyin Mübah Olması  

 

 



 

1345.  Ənəs    demişdir:  “AbdurRahman  İbn  Auf  və  Zubeyr  İbn  Əvvamın 

bədəninə gicişmə düşdüyündən Peyğəmbər   onlara ipək köynək geyinməyə 

rüsxət vermişdir.” (Buxari 2919, Muslim 5550, 2076/24)  

 

 

 

Hibər Libasını Geyinməyin Fəziləti 



 

 

605 



 

 

 



1346.  Qatadə    deyir  ki,  Ənəsdən    soruşdum:  “Peyğəmbərin    ən  çox 

sevdiyi  geyim  hansı  idi?”.  O:  “Hibərə  (Üzərində  qırmızı  və  ya  yaşıl  zolaqlar 

olan Yəmən bürüncəyidir) idi”. (Buxari 5812, Muslim 5561, 2079/32)  

 

 

 

Libasda Təvəzökarlıq, Libasın Qalını Və Ucuzuyla 

Kifayətlənmək, Yun Və Naxışlı Libas Geyinməyin İcazəli 

Olması  

 

 



 

1347.  Əbu  Burdə    deyir  ki,  Aişə 



bizə  bir qısa  və  bir  də  kobur  bir  izar 



göstərdi və dedi: “Peyğəmbər  ruhunu bu ikisi içində çıxartdı”. (Buxari 5818, 

Muslim 5564, 2080/35) 

 

 

 

Döşəkçə Götürməyin İcazəli Olması 

 

 

 



1348.  Cabir    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    (məndən)  soruşdu: 

“Sizdə xalça varmı?” Dedim: “Bizim haradan xalçamız ola bilər?” O buyurdu: 

“Tezliklə  sizin  xalçalarınız olacaq!”(Zamanı  yetişdikdə)  mən  zövcəmə  dedim: 

“Yığışdır  bu  xalçaları  mənim  gözümün  qabağından.”  Zövcəm:  “Məgər 

Peyğəmbər    (bizə):  “Tezliklə  sizin  xalçalarınız  olacaq!”  deyə  xəbər 

verməmişdirmi?”  Bundan  sonra  mən  onu  sərbəst  buraxdım.”  (Buxari  3631, 

Muslim 5571, 2083/40)  


 

 

606 



 

 

Təkəbbürlükdən Paltarın Ətəklərini Yerlə Sürükləməyin 



Haram Olması, Paltarın Ətəklərinin Nə Qədər Qısaltmağın 

Həddinin Müstəhəb Olması  

 

 



 

1349. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Libasının ətəklərini 

yerlə  sürükləyən  kimsəyə  Allah  (Qiyamət  günü)  baxmaz”.  (Buxari  5783, 

Muslim 5574, 2085/42)  

 

 

 



1350.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah 

təkəbbürlükdən  dolayı  izarını  yerlə  sürükləyən  kimsəyə  Qiyamət  günü 

baxmaz”. (Buxari 5788, Muslim 5584, 2087/48) 

 

 

 

Paltarı Təkəbbürlüklə Geyinməklə Bərabər Yekəxana-

Yekəxana Yeriməyin Haram Olması 

 

 



 

1351.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Əbul  Qasim  Peyğəmbər    buyurdu: 

“Vaxıilə bir adam nəfsinin də xoşuna gələn bir paltar geyinmiş (saçını daramış 

və  yekəxana-yekəxana)  yeriyərkən  Allah  yerə  əmr  etdi  onu  dibinə  keçirdi. 

Qiyamət  gününə  qədər  yerin  dibinə  getməyə  davam  etməkdədir”.  (Buxari 

5789, Muslim 5588, 2088/50)  

 

 

 

Kişilərin Qızıl Üzük Taxmaqlarının Haram Olması 

 


 

 

607 



 

 

1352.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    qızıl  üzük  taxmaqdan 



qadağan etdi”. (Buxari 5864, Muslim 5591, 2089/51)  

 

 



 

1353.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    qızıldan  bir  üzük 

düzəltmişdir.  Geyindiyi  zaman  daşını  ovcunun  içinə  çevirərdi.  Cəmaatda 

baxaraq  belə  bir  üzük  düzəltdilər.  Sonra  minbərin  üzərinə  oturaraq  üzüyü 

çıxarmış  və:  “Mən  bu  üzüyü  geyinir  və  daşını  da  içəriyə  çevirirəm”  deyib 

üzüü  çıxarıb  atdı.  Sonra:  “Vallahi  əbədiyyən  geyinmərəm”  buyurdu. 

İnsanlarda ondan sonra çıxarıb atdılar”. (Buxari 6651, Muslim 5594, 2091/53) 

 

 

 

Peyğəmbərin 

 

Yazısı: “Muhəmməd Rəsulullah” Olan 



Gümüş Bir Üzük Taxması Və Ondan Sonra Xəlifələrində Bu 

Üzüyü Taxmaları 

 

 



 

1354. İbn Ömər  rəvayət edir ki, Peyğəmbərin  gümüşdən bir möhür üzüyü 

vardı. Onun əlində (barmağında) idi. Sonra onun vəfatından sonra Əbu Bəkrin 

 əlində oldu, sonra onun vəfatından sonra Ömərin  əlində oldu, sonra onun 

vəfatından  sonra  Osmanın    əlində  oldu  Əris  quyusuna  düşənə  qədər.  Bu 

üzüyün  üzərində  (Muhəmmədən  Rəsulullah)  yazılmışdır”.  (Buxari  5873, 

Muslim 5597, 5598, 20) 

 

 



 

1355.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    bir  möhür  üzük 

düzəltdirdi və üzərinə də naxış (Muhəmmədən Rəsulullah) yazdırdı. (Bundan 


 

 

608 



sonra  insanlar  da  bu  cür  üzük  düzəltdilər)  Artıq  heç  kimsə  bu  yazını  üzük 

üzərinə  naxş  etdirməsin”  buyurdu.  Ənəs:  “Bu  üzüyün  Peyğəmbərin    kiçik 

barmağında  iz  qoymuş  bəyazlığı  hələ  də  gözlərim  önündədir”.  (Buxari  5874, 

Muslim 5599, 2092/55) 

 

 

 

Peyğəmbərin  Əcəmlərə Məktub Yazmaq Istədiyi Vaxt 



Üzüyün Düzəldilməsi 

 

 



 

1356. Ənəs İbn Malik   rəvayət edir ki, Peyğəmbər   məktub yazdırdı və ya 

yazdırmaq  istədi.  Ona:  “O  (hökmdarlar)  möhürsüz  məktubları  oxumurlar” 

deyildi. Buna görə də o, üstündə: “Muhəmməd Rəsulullah” sözü həkk edilmiş 

gümüş  üzük  düzəltdirdi.  Bu  üzüyün  Peyğəmbərin    əlində  iz  qoymuş 

bəyazlığı hələ də gözlərim önündədir. (Buxari 65, Muslim 5602, 2092/57)  

 

 

 

Üzüklərin Atılması 

 

 

 



1357.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  bir  gün  Peyğəmbərin    barmağında 

gümüşdən  olan  bir  möhür  üzük  gördü.  Bundan  sonra  bunu  görən  insanlar 

özlərinə  gümüşdən  üzük  düzəldib  barmaqlarına  taxdılar.  Bundan  sonra 

Peyğəmbər    barmağında  olan  möhür  üzüyü  çıxardıb  atdı.  İnsanlar  da 

barmaqlarından üzükləri çıxarıb atdılar”. (Buxari 5868, Muslim 5604, 2093/59) 

 

 



 

 

Sizdən Biriniz Ayaqqabılarını Geyindikdə Sağ Tayından, 



Çıxartdıqda İsə Sol Tayından Başlasın 

 

 

609 



 

 

 



1358.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz 

ayaqqabılarını  geyindikdə  sağ  tayından,  çıxartdıqda  isə  sol  tayından  başlasın. 

Qoy  geyinəndə  sağ  tayı,  çıxaranda  isə  sol  tayı  birinci  olsun.”  (Buxari  5855, 

Muslim 5616, 2097/67) 

 

 

 



1359. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Sizdən biriniz 

ayaqqabısının  ancaq  bir  tayını  geyib  gəzməsin.  Ya  ikisini  də  çıxartsın,  ya  da 

ikisini də geyinsin.” (Buxari, 5856, Muslim 5617, 2097/68) 

 

 

 

Bel Üstə Yatmağın Və Ayağı O, Biri Ayağın Üstünə 

Qoymağın Mübah Olması  

 

 



 

1360.  Abdullah  İbn  Zeyd  əl-Ənsari    rəvayət  edir  ki,  o,  Peyğəmbərin    arxası 

üstə uzanıb bir ayağını o biri ayağının üstünə qoyduğunu görmüşdüm. (Buxari 

475, 6287, Muslim 5626, 2100/75)  

 

 

 

Kişilərin Zəfəran Sürtməkdən Qadağan Olması 

 

 



 

1361.  Ənəs    demişdir:  “Peyğəmbər    kişilərə  zəfərandan  ətir  kimi  istifadə 

etməyi qadağan etmişdir.” (Buxari 5846, Muslim 5629, 2101/77)  

 

 

 


 

 

610 



Saçı Boyamaqda Yəhudilərə Müxalif Olmaq 

 

 



 

1362.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yəhudilər  və 

xristianlar  (ağ  saçlarını)  boyamazlar.  Siz  onlara  müxalif  olun!”  (Buxari  3462, 

5899, Muslim 5632, 2103/80)  

 

 

 

Surət Və İt Olan Evə Mələklər Girməz 

 

 

 



1363.  Əbu  Təlhə    deyir  ki,  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “İçində 

köpək  və  surət  olan  evə  (rəhmət)  mələkləri  girməz”.  (Buxari  3225,  Muslim 

5636, 5637, 2106/83)  

 

 



 

 

1364.  Zeyd  İbn  Xalid  əl-Cuhəni  rəvayət  etdi  ki,  Busra  İbn  Səidlə  bərabər 



Peyğəmbərin    zövcəsi  Meymunənin 



himayəsində  olan  Ubeydullah 



Xəvləni  var  idi.  Bu  iksinə  Zeyd  İbn  Xalid  xəbər  verdi  ki,  Ona  da  Əbu  Təlhə 

xəbər  verdi  ki,  Peyğəmbər    buyurdu:  “Həqiqətən  mələklər,  içərisində  şəkil 

olan evə girməzlər”. Busra deyir ki, (bu hədisi mənə danışdıqdan sonra) Zeyd 

xəstələndi. Biz də onu ziyarətə getmişdik. Evinə daxil olduqda üzərində şəkil 

olan bir neçə pərdə gördük. Mən, Ubeydullah Xəvləniyə: “Məgər Zeyd bundan 

əvvəl bizə şəkil haqda xəbər verməmişdi” dedim. Ubeydullah ona: “Sən onun 

bunu  deyərkən:  “Yalnız  paltardakı  nişanələr  müstəsna”  deməsini  eşitmədin-

mi?  deyə cavab  verdi”. Mən:  “Eşitədim”  dedim. O:  “Heç şübhəsiz  ki, o  bunu 

zikr etmişdir” dedi. (Buxari 3226, Muslim 5640, 2106/86) 

 


 

 

611 



 

 

1365.  Aişə 





rəvayət  edir  ki,  Peyğəmbər    səfərlərin  birindən  gəldi.  Mən 

də bir neçə surətlərlə olan pərdəni rəff üzərinə sərmişdim. Peyğəmbər  bunu 

gördükdə  pərdəni  çəkdi  və  cırd  və:  “Qiyamət  günü  insanların  ən  şiddətli 

əzaba  düçar  olanı  Allahın  yaratdığına  bənzər  şeylər  yaratmağa  çalışan 

kimsələrdir” deyə buyurdu.  Aişə: “Biz ondan yasdıq  və ya iki yasdıq  tikdik”. 

(Buxari 5954, Muslim 5650, 2107/92)

 

 



 

 

1366. (Bir dəfə) möminlərin anası Aişə 



 şəkillərlə bəzədilmiş bir yastıq aldı. 

Peyğəmbər    yastığı  gördükdə  qapının  ağzında  dayandı  və  içəri 

girmədi.(Aişə) dedi: “Mən onun üzündən narazı olduğunu görüb dedim: “Ya 

Rəsulullah,  mən  Allaha  və  Onun  Elçisinə  tövbə  edirəm.  Mənim  günahım 

nədir?”.  Peyğəmbər:  “Bu  nə  yastıqdır?!”  Dedim:  “Mən  onu  sənin  üçün 

almışam  ki,  üstündə  oturasan,  (yatanda  da)  başının  altına  qoyasan”. 

Peyğəmbər:  “Bu  rəsmləri  çəkənlər  Qiyamət  günü  əzaba  düçar  olacaqlar. 

Onlara deyiləcəkdir: “Yaratdıqlarınıza can verin (görək)!” Sonra da əlavə edib 

dedi: “İçində şəkil olan evə mələklər girməz!” (Buxari 2105, 5181, 5961, Muslim 

5655, 2107/96)  

 

 



 

1367.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bu 

rəsmləri  çəkən  kimsələr  Qiyamət  günü  əzaba  giriftar  olacaqlar.  Onlara 

deyiləcəkdir: “Yaratdıqlarınıza can verin (görək)!” (Buxari 5951, Muslim 5657, 

2108/97)  

 

 



 

 

 

612 



1368. Aişə 

 demişdir: “Mən vida həccində Peyğəmbərə   ihramda ikən və 



ihramdan  çıxdıqdan  sonra  –  bu  əllərimlə  zərirə  vurmuşam.”  (Buxari  5950, 

Muslim 5659, 2109/98)  

 

 

 



1369.  (Bir  dəfə)  bir  nəfər  İbn  Abbasın    yanına  gəlib  dedi:  “Ey  Əbu  Abbas, 

mən  insanam;  mənim  dolanışığım  əl  işlərimdən  çıxır;  mən  bu  rəsmləri 

çəkirəm.”  İbn  Abbas:  “Mən  sənə  ancaq  Peyğəmbərdən    eşitdiyimi 

danışacağam.  Mən  onun  belə  dediyini  eşitmişəm:  “Kim  (canlı  məxluqların) 

rəsm çəkərsə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O 

isə  heç  vaxt  ona  ruh  üfürə  bilməyəcək.”  O  adam  dərindən  ah  çəkdi  və 

(qorxudan)  onun  rəngi  saraldı.  İbn  Abbas:  “Ay  biçarə!  Çəkmək  istəyirsənsə, 

ağac və başqa cansız şeylərin şəklini çək.” (Buxari 2225, Muslim 5662, 2110/99) 

 

 

 



1370. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Qüdrətli  və  əzəmətli  Allah  buyurmuşdur:  “Mənim  yaratdığım  kimi 

yaratmağa çalışan kimsədən daha zalım kim ola bilər?! (Bacarırlarsa,) qoy bir 

dən  yaratsınlar,  yaxud  bir  qarışqa  yaratsınlar!”.  Digər  rəvayətdə:  “...qoy  bir 

arpa dənəsi yaratsınlar!” (Buxari, 5953, Muslim 5665, 2111/101) 

 

 

 

Dəvələrin Boynuna (Göz Dəyməsin Deyə) İpdən Boyunbağı 

Bağlamağın Qadağan Olması 

 

 



 

 

 

613 



1371.  Əbu  Bəşir  əl-Ənsari    rəvayət  etmişdir  ki,  (bir  dəfə)  o,  Peyğəmbərlə   

birlikdə  səfərdə  olarkən  və  bu  əsnada  camaat  yatmağa  hazırlaşarkən 

Peyğəmbər    onların  yanına  bir  elçi  göndərdi  (ki,  onlara  desin):  “Heç  bir 

dəvənin  boynunda  ipdən  düzəldilmiş  boyunbağı  qalmasın  və  ya  kəsilib 

atılmamış bir (dənə də olsun) boyunbağı qalmamalıdır.” (Buxari 3005, Muslim 

5671, 2115/105)  

 

 

 

Heyvanın Üzündən Başqa Yerlərinə Damğa Vurmağın 



icazəli Olması, Zəkat Və Cizyə Dəvələrində Bunun 

Müstəhəb Olması  

 

 



 

1372. Ənəs İbn Məlik  deyir ki, anam Ummu Suleym qardaşım Abdullah İbn 

Əbu  Təlhəni  doğduqdan  sonra  mənə:  “Ey  Ənəs!  Bu  oğlana  bax!  Ona  zərər 

vermədən Peyğəmbərin   yanına apar. Peyğəmbər   onun damağını (əzilmiş 

xurma)  ilə  ovuşdurur”  dedi.  Mən  də  uşağı  Peyğəmbərin    yanına  apardım. 

Peyğəmbər    xurmalıq  içində  idi.  Üzərndə  Hureysiyyə  adlanan  yun  libas 

vardı.  O,  Fəth  günü  ona  gələn  yük  dəvələrini  damğalamaqla  məşğul  idi”. 

(Buxari 5824, Muslim 5676, 2119/109)  

 

 

 

Yarımçıq Saç Qırxmağın (Bir Hissəsini Qırxıb, Digər 



Hissəsini Tərk Etmək) Qadağan Olması 

 

 



 

1373.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər:  “Qaza  etməyi  qadağan  etdi”. 

Ona: “Qaza nədir?” deyə soruşdular. Ravi Ubeydullah deyir ki, Nəfi: “Uşağn 

saçının  bir  qismini  qırxıb,  digər  hissəsini  tərk  etməkdir”  dedi.  (Buxari  5920, 

Muslim 5681, 2120/113)  


 

 

614 



 

 

Yollarda Oturmağın Qadağan Olması Və Yolun Haqqını 



Vermək 

 

 



 

1374.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yollarda 

oturmayın!”  (Əshabələr)  dedilər:  “Bizim  orada  oturmağımız  labüddür.  Biz 

oraya yığışıb  ancaq  (işlərimiz  barədə) söhbət  edirik.” Peyğəmbər: “Əgər orada 

oturmağınız labüddürsə, onda yolun haqqını verin.” (Əshabələr): “Nədir yolun 

haqqı?”  deyə  soruşdular.  Peyğəmbər:  “Naməhrəmə  baxmamaq,  (heç  kəsə) 

əziyyət  verməmək,  salamı  almaq,  yaxşı  işləri  əmr  etmək  və  pis  işlərdən 

çəkindirmək.” (Buxari, 2465, Muslim 5685, 2121/114)  

 

 

 

Parik Taxan Və Taxdıran, Döymə (Nakolka) Döyən Və 



Döydürən, Üz Yolan Və Yolduran, Dilərini İncələdərək 

Allahın Yaratdığını Dəyişən Qadınlara Etdiklərinin Haram 

Olması  

 

 



 

1375.  Əsmə 

  rəvayət  edir  ki,  bir  qadın  Peyğəmbərdən    soruşdu:  “Ya 



Rəsulullah! Mənim qızım qızılca xəstəliyinə tutulmuşdu. Bu səbəblə də saçları 

dibindən  tökülmüşdü.  Mən  onu  ərə  vermişəm.  Onun  saçı  əvəzinə  parik  taxa 

bilərəmmi?”. Peyğəmbər: “Allah parik taxana və taxdırana da lənət  etmişdir” 

deyə buyurdu. (Buxari 5941, Muslim 5687, 2122/115) 

 

 

 



 

 

615 



1376. Aişə 



rəvayət edir ki, Ənsardan bir qadın qızını ərə verdikdən sonra 



xəstələnir  və  bu  xəstəlik  nəticəsində  saçları  tökülür.  Qızın yoldaşı onun üçün 

parik  düzəltməyi  qərara  alır  və  bu  haqda  Peyğəmbərdən    soruşurlar. 

Peyğəmbər: “Xeyr, bu olmaz. (Allah) parik taxan qadınları lənətləmişdir” deyə 

buyurdu. (Buxari 5205, Muslim 5691, 2123/118) 

 

 

 



1377. İbn Məsud  deyir ki: “Allah döymə (nakolka) döyən, döymə döydürən, 

qaşlarını  aldıranlara,  gözəllik  üçün  Uca  Allahın  xilqətini  (Allahın  verdiyi 

surəti)  dəyişdirərək  dişlərini  hamarlandıraraq  incələdən  qadınlara  lənət 

etmişdir.  Bu  sözlər  Abdullahın  evində  olan  Umm  Yaqub  kimi  tanınan  Əsəd 

övladlarından  olan  bir  qadına  çatdı.  Abdullahın  yanına  gələrək  belə  dedi: 

«Mənə  xəbər  verildiyinə  görə  sən  filan-filan  sözləri  demisən».  Abdullah: 

«Peyğəmbərin  lənət  etdiyi  və  Uca  Allahın  Kitabında  da  (lənətlə)  yad  edilmiş 

kimsələri  mən  nəyə  görə  lənətləməməliyəm?».  Qadın:  «Məndə  heç  şübhə 

yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini 

orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın 

onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, 

ondan  əl  çəkin»  buyurduğunu  orada  oxumamısanmı?».  Qadın  oxuduğunu 

təsdiq  etdikdə,  Abdullah  dedi:  «Peyğəmbərin    bu  dediklərini  qadağan 

etmişdir».  Qadın:  «Məncə  sənin  ailən  də  bunu  edir»  dedi.  Abdullah:  «Get, 

bax!»  dedi.  Qadın  getdi,  lakin  dediyi  kimi  bir  şey  görmədi.  O,  qayıdaraq: 

«Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: “Əgər dediyin kimi 

olsaydı bizimlə birlikdə olmazdılar”. (Buxari 4886, Muslim 5695, 2125/120) 

 

 

 



1378.  Humeyd  İbn  AbdurRahman  rəvayət  edir  ki,  Muaviyə    həcc  etdiyi  il, 

minbərdə  ikən  keşikçinin  əlindən  taxma  saç  (parik)  alaraq  dedi:  «Ey  Mədinə 

xalqı,  alimləriniz  haradadır?  Mən  Rəsulullahın    bu  kimi  şeyləri  qadağan 

etdiyini  və:  «İsrail  oğulları  qadınları  bu  kimi  şeyləri  taxdıqdan  sonra  həlak 

oldular» deyə buyurdu

 

(Buxari 3468, Muslim 5700, 2127/122) 



 

 

616 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin