Alaliya və islahı



Yüklə 55,54 Kb.
tarix02.01.2022
ölçüsü55,54 Kb.
#46877
Alaliya və islahı


Alaliya və islahı

Uşaqlarda nitqin inkişafdan geri qalmasının ağır hallarından biri də alaliyadır. Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. Sensor alaliyada uşaqlar başqasının nitqini pis başa düşür, qavramırlar, özü də nitqdəki səsləri ayırd edə bilmirlər, insan nə isə deyir, lakin nə deyildiyini başa düşmürlər. Biz bilmədiyimiz xarici dildə eşitdiyimiz danışığı başa düşə bilmədiyimiz kimi. Motor alaliya zamanı uşaq dili qavraya bilmir (onun səsləri, sözləri, qrammatikasını). Motor və sensor alaliyanın əlamətləri uzlaşan nitq qüsuruna sensor-motor alaliya deyilir. Loqopedik iş ondan ibarətdir ki, alaliyalı uşağı qrammatik qaydaların, yazı, oxu qaydalarına yiyələnməyi deyil, nitq fəaliyyətinin pozulmuş kanalların əvəzinə, mövcud olanları işlətməli və ikiqat, üçqat artıq yükü icra etməkdir. Bunun üçün nitqdən əvvəlki vərdişlərə tez-tez müraciət etmək lazımdır. Bu əsasən jestlər, ritmik hərəkətlər, rəsm çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uşaqlarda selikaxma olur. İflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir. Dodaq və dil hərəkətlərində əziyyət çəkirlər. Uşağın nitq inkişafı 2-4, bəzən isə 5 yaşına qədər inkişaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır və normal səviyyəyə çatır. Nitqin bu cür ağır pozulması onun ümumi inkişafına da təsir göstərir. Onlar utancaq, az ünsiyyətli, qətiyyətsiz, passiv olur. Tələffüzdə dönüş yaransa da uşağın sonrakı dövründə, yenə də gerilik hiss olunur, nəinki səs tələffüzündə deformasiya olur, hətta nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, informasiyasında. Artikulyasiyanın pozulması hansı qrup əzələlər daha çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik iş aparılır. Fonematik, leksik, qrammatik quruluşun inkişafında mümkün olan dəyişikliklər əldə edilir, lakin bir çox hallarda belə xəstə uşaqlara göstərilən loqopedik kömək az effektli olmuşdur. Səslərə yiyələndikdən sonra uşağı nitqdəki ayrı-ayrı səsləri yiyələnmək vərdişlərinə öyrədirlər, getdikcə bu iş mürəkkəbləşdirilir. Belə işlə yüksək ixtisaslı mütəxəssis məşğul olur, valideynlər loqopedlərə köməklik göstərə bilər, onları əvəz edə bilməzlər. Alaliya zamanı uşağın nitqindəki geriliyi müəyyən edən kimi loqopedik iş aparılmalıdır, çünki müstəqil olaraq və loqopedin köməyi olmadan nitq formalaşa bilməz. Uşağın 2 yaşına qədər nitqinin olmaması artıq həyəcan amildir. Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur. Afferent alaliyada nitqin pozulması mexanizmi kinestik apraksiya, efferent alaliya isə genetik apraksiyaya gətirib çıxarır. Motor alaliyada nitqin fonetik-fonematik, leksikqrammatik quruluşu pozulur. Nitq aparatının hərəkəti koordinasiyası formalaşmır. Artikulyasiya hərəkəti və əməliyyatlarının icra edilməsi mümkünsüzlüyü müşahidə olunur. Sözlərin, ifadələrin tələffüzü pozulur. Nitqin tempi, ritmi, formalaşmaması ilə səciyyələnir. Lüğət ehtiyatı uşaqlarda zəif inkişaf edir, nitqdə düzgün istifadə olunmur. Qrammatik quruluş ləng mənimsənilir, sintaktik konstruksiyalar primitivliyi ilə fərqlənir. Ünsiyyətdə nitq anlaşılmaması olur, ümumi nitq fəallığının pozulması ilə şərtlənir. Motor alaliyada nitqin tam pozulması da müşahidə olunur. Bu xəstəlikdə ümumi hərəkət kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müşahidə olunur. Bir çox hallarda əqli inkişafda gerilik özünü göstərir. Onlar psixo-fiziki tormozlanma, diqqətsizlik, emosional-iradi zəifliyi xarakterizə edilir. Nitq passivliyi ümumi anlayışların qavranılmasını çətinləşdirir. Alaliya-tibbi-psixoloji-pedaqoji problemdir. Müntəzəm dərmanı və fizioterapevtik müalicənin, psixonevroloqlar tərəfindən kompleks şəklində aparıldıqda loqopedik iş səmərəli ola bilər.

Sensor alaliyada eşitmənin yaxşı olmasına baxmayaraq uşaqlarda ətrafdakıların nitqinin dərk edilməsi pozulur, sözlərin mənası və səslənməsində uyğunsuzluq müşahidə olunur, impressiv nitq inkişaf etmir. Eşitmə nitq analizatorlarının qabığının (vernike mərkəzi) və onun ötürücü yollarının zədələnməsi bu xəstəliyin yaranma səbəbi ola bilər. Əsas nitq simptomları: nitqin qavranılmasının pozulması, sözlə onu bildirən əşya, hərəkətlər arasında uyğunsuzluq (qapalı akupatiya adlanır), səslərə qarşı həssaslıq, yəni hiperakuziya, başqalarının diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının səsləri, kağız xışıltısı). Bu sensor alaliyalı uşaqları zəif eşidənlərdən fərqləndirir. Exolaliya müşahidə oluna bilər. Sensor alaliyalı uşaqların səsləri normaldır, sözlər və səslər normal modulyasiya olunur və intonasiyalıdır, zəif eşidən uşaqların səsi zəif olur. Sensor alaliya uşaqlarda az olur, adətən qarışıq tipinə tez-tez rast gəlinir, yəni sensormotor alaliya yaxud motor alaliya sensor komponentləri ilə.
Yüklə 55,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin