26. Auditoriya məşğələlərinə verilən müasir tələblər. Pedaqojiprosesintəhsilləndirici, tərbiyələndirici vəinkişafetdiricivəzifələrivəhdətdəhəyatakeçirilməlidir.Biliklərin, bacarıq və vərdişlərin mənimsədilməsi zamanı şagirdlərin mənəviyyatını zənginləşdirən və psixoloji keyfiyyətlərini inkişaf etdirən məşğələ müasir məşğələ hesab edilir. Pedaqoji prosesin məzmunu da, istifadə edilən üsullar da, məşğələdə ümumi əhval-ruhiyyə də, müəllimin (tərbiyəçinin) görkəmi, davranışı və nitqi də tələbələrin tərbiyəsinə və psixoloji inkişafına xidmət etməlidir.
Məşğələdəəksəlaqətəminedilməlidir.Məşğələ zamanı məlumatın müəllimdən (tərbiyəçidən) tələbələrə yönəlməsi ilə (düzünə əlaqə ilə) yanaşı, məlumatın tələbələrdən müəllimə (tərbiyəçiyə) yönəlməsinə (əks əlaqəyə) də xüsusi diqqət yetirilməlidir. Tələbələri daha çox düşündürən, danışdıran və işlədən müəllim (tərbiyəçi) onların necə fikirləşdikləri, nəyi möhkəm mənimsədikləri, nələrdə çətinlik çəkdikləri barədə məlumat alır. Növbəti metodik addımlarında həmin məlumatlara istinad edir.