Tədris planından kənar iş növləri üç qrupa ayrılır: fərdi işlər; qrup halında işlər; kütləvi işlər.
Fərdiişlər.Öz arzu və marağına əsasən, yaxud müəllimin (tərbiyəçinin) göstərişi ilə tələbənin müstəqil yerinə yetirdiyi iş tədris planından kənar fərdi iş hesab edilir. Mütaliə, divar qəzetinə məqalə yazmaq, ədəbi yaradıcılıq, texniki yaradıcılıq, kolleksiyaçılıq, fotostend, yaxud fotoalbom hazırlamaq və s. fərdi işə aiddir…
Fərdi işin təşkilindən başlıca məqsəd – fərdin arzu və mara- ğının reallaşmasına şərait yaratmaq, nəyə qadir olduğunu üzə çıxartmaq və qabiliyyətini inkişaf etdirməkdir.
Tələbələri fərdi yaradıcılıq fəaliyyətinə həvəsləndirmək üçün onların fərdi işlərinin sərgisi təşkil edilir, müsabiqəsi keçirilir, qiymətləndirilir.