Qrup halında işlər. Şagirdlərdə və ya tələbələrdə yaradıcılıq qabiliyyətlərinin inkişafına xidmət edən fəaliyyət formalarından biri də qrup halında görülən işlərdir: fənn dərnəkləri, özfəaliyyət dərnəkləri, hazırcavablar klubu, ədəbi klublar, lektoriyalar, gənc texniklər dərnəyi, gənc təbiətçilər
dərnəyi, məktəblərdə yaradılan (ədəbiyyat, tarix, incəsənət və s.) muzeyləri, idmanın müxtəlif növlərini əhatə edən komandalar, folklor dərnəyi və s.
Qrup halında işlərin spesifik xüsusiyyəti orasındadır ki, bu cür fəaliyyət formaları maraq dairəsinə görə şagirdləri, yaxud tələbələri bir yerə yığır, onların yaradıcılıq qabiliyyətlərini artırır, müvafiq sahələr üzrə biliklərinin dərinləşməsinə, bacarıq və vərdişlərinin genişlənməsinə şərait yaradır, qabaqcıl əmək adamları ilə, yazıçı, bəstəkar və rəssamlarla əlaqələrini möhkəmləndirir.
Dostları ilə paylaş: |