Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə89/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Dərslik. Təhsilin məzmunu, onun tərbiyələndirici və inkişafetdirici imkanları dərslikdə konkretləşdirilir.

Dərsliyi adi kitabdan fərqləndirən bir sıra xüsusiyyətlər var.

  1. Dərslik müvafiq tədris proqramı üzrə tərtib edilir. Dərslikdə bölmələrin, mövzuların adları tədris proqramından götürülür. Onların ardıcıllığı da tədris proqramına uyğunlaşdırılır.

  2. Zəruri məfhumlar, təriflər, teoremlər, qaydalar, qanunlar, qanunauyğunluqlar dərslikdə, adətən, iri qara hərflərlə verilir ki, oxucunun diqqətini cəlb etsin və yadında qalsın.

  3. Dərslikdəki bəzi məlumatlar əyaniliklə (şəkil, sxem, cədvəl və s.-lə) müşaiyyət olunur.

  4. Dərsliyin dili aydın, konkret, inandırıcı, emosional olur.

  5. Dərslik şagirdlərin (tələbələrin) müstəqil düşünməsi, mühakimə yürütməsi, işləməsi üçün istiqamət verir. Mövzuların sonundakı sual və tapşırıqlar həmin məqsədə xidmət edir.

  6. Dərslikdəki məlumatlar, faktlar və onların şərhinin xarakteri oxucunun ideya-siyasi, əxlaqi, estetik, əmək tərbiyəsinə xidmət edir.

  7. Dərsliyin bölmələri, bölmədəki mövzular, paraqraflar, paraqrafda məsələlərin şərhi məntiqi cəhətdən bir-biri ilə üzvi şəkildə əlaqələndirilir.

  8. Dərslik başdan-başa elmi səciyyə daşıyır və elmin müasir səviyyəsinə uyğun gəlir.

Göründüyü kimi, tədris proqramının materiallarını aydın, dəqiq şərh edən, əyaniliklə müşaiyyət olunan, oxucuları düşündürərək işləməyə istiqamətləndirən, onların tərbiyəsinə psixoloji inkişafına güclü təsir göstərən kitaba dərslik deyilir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin