Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə90/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   86   87   88   89   90   91   92   93   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

    Bu səhifədəki naviqasiya:
  • Tədris
Dərs vəsaitləri. Dərslikdən əlavə müxtəlif məzmunlu və başqa-başqa formalı dərs vəsaitləri də olur: məsələ və misallar məcmuəsi; dildən çalışmalar toplusu; imla və ifadə toplusu; sorğu kitabları; paylama materialları; test kartoçkaları; müntəxəbatlar; lüğətlər; dil və ədəbiyyat üzrə, musiqi üzrə plastinkalar; maqnitafon yazıları; albomlar; tarix və coğrafiya üzrə xəritələr toplusu; quşların səsindən ibarət maqnitafon yazıları və s.

Tədris fənni elmin əsasları. Pedaqoji ədabiyyatda “tədris fənni” və “elmlərin əsasları” məfhumlarını eyniləşdirmək halları var. Bəzən deyilir ki, məktəbdə elmlərin əsasları öyrədilir. Əslində isə məktəbdə öyrədilən elmlərin əsasları deyil, tədris fənləridir.

Əvvəla, tədris fənni təmsil etdiyi elmin nəinki bütün sahələ- rini, hətta onun əsaslarını hərtərəfli əhatə etmir. Məsələn, fizikada, kimyada, riyaziyyatda və s. elm sahəsində elə məfhumlar var ki, elmlərin əsasları hesab edilsə də məktəbə gətirilmir.

İkincisi, tədris fənninin məzmununa daxil etmək üçün müvafiq elmdən götürülən anlayışlar didaktik cəhətdən işlənir. Üçüncüsü, gənc nəslə aşılanması zəruri sayılan bir çox əməli bacarıq və vərdişlər, yaradıcı fəaliyyətə gərəkli olan tədqiqat xarakterli tapşırıqlar elmin əsaslarına aid olmasa da tədris

fənninin tərkib hissəsinə çevrilir.

Dördüncüsü, anlayışların elmdəki sistemi ilə tədris fənnindəki sistemi arasında bəzən fərq olur. Məsələn, bitki anatomiyası elmdə hüceyrənin və toxumanın quruluşunu nəzərdən keçirməkdən başlayır və sonra bitki formalarının tədricən necə dəyişdiyini izləyir. Botanikanın məktəbdə tədrisi isə hüceyrənin öyrənilməsindən deyil, ətraf mühitdə bitki örtüyünün müşahidəsindən başlayır.

Beşincisi, elmin əsasları tədqiqat əsərlərində, kitab və kitabçalarda, jurnal və qəzet məqalələrində də şərh edilə bilir. Tədris fənninin məzmunu isə iki başlıca sənəddə - tədris proqramında və dərslikdə əks olunur.

Beləliklə, bu ya digər elm sahəsində həqiqət hesab edilən biliklər (anlayışlar,qanunlar,qanunauyğunluqlar,qaydalar teoremlər s.) həmin elmin əsaslarıdır. Tədris fənni isə müva- fiq elm üzrə öyrənilməsi zəruri sayılan didaktik cəhətdən işlənən, tərbiyə psixoloji inkişaf imkanları olan biliklərin, habelə bunların mənimsənilməsinə xidmət edən bacarıq vərdişlərin sistemidir.



Bu cür biliklər, bacarıq və vərdişlər sistemi müvafiq tədris proqramında və dərslikdə cəmləşdirilir. Deməli, tədris fənni deyəndə müvafiq tədris proqramı və dərslik nəzərdə tutulur. Biliklər, bacarıq və vərdişlər tədris fənninin məzmununu təşkil edir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin