Təhsilsistemiməfhumu.Bu məfhumu dörd başlıca əlamət səciyyələndirir.
Birinciəlamət – təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uyğun gələn təhsil sistemi formalaşır.
İkinciəlamət – təhsil müəssisələrini nəzərdə tutur. Bu və ya digər ölkədə fəaliyyət göstərən təhsil müəssisələri təhsil siste- mində əhatə olunur.
Üçüncüəlamət – təhsil müəssisələri arasında qarşılıqlı əlaqənin olmasıdır: mövcud təhsil müəssisələri qarşılıqlı əlaqə sayəsində sistem əmələ gətirir.
Dördüncüəlamət – təhsil sisteminin idarə olunmasıdır.
Göstərilən əlamətlərə əsasən təhsil sistemi məfhumunun mahiyyətini Millipedaqogikabeləifadəedir:hakimiyyətorqanlarınınnəzarətiiləölkədəqarşılıqlıəlaqəşəraitindəfəaliyyətgöstərəntədrismüəssisələrininməcmusutəhsilsistemidir.