Ali məktəbdə praktik işlər və aparılma qaydası
Ali məktəbdə təlim prosesinin reallaşdırılmasında, fənlərin daha dərindən öyrənilməsində praktik məşğələlərin rolu böyükdür. Praktik məşğələlər müxtəlif formalarda təşkil olunur Onəsələn: xarici dil məşğələləri, müxtəlif fənlər üzrə seminar məşğələləri, praktikumlar, laborator işlər və s.).
Praktik məşğələlər tələbələrdə müxtəlif praktik tapşırıqların həlli zamanı mühazirələrdə qazandıqları nəzəri biliklərdən istifadə etmək bacarığı və vərdişi (məsələ həlli, cümlə təhlili və s.) fonnalaşdırır. Mühazirələrdə ümumiləşdirilmiş formada təqdim edilən nəzəri biliklər praktik məşğələlərdə genişləndirilir, dərinləşdirilir və konkretləşdirilir. Praktik məşğələlər tələbənin elmi təfəkkürünü və məntiqi nitqini inkişaf etdirir, professional fəaliyyətlə bağlı bacarıqlar formalaşdırır, müəllimə operativ əks-əlaqə yaratmağa, tələbələrin biliklərini yoxlamağa və düzəlişlər etməyə imkan verir.
Praktik məşğələlərin planı mühazirə kursunun ümumi ideyaları və istiqamətləri məntiqinə və ardıcıllığına uyğun təşkil olunur. Plan müvafiq kafedranın ümumi iclasında müzakirə edilir və müəllimlərin hamısı üçün, demək olar ki, eyni məzmunda olur. Praktik məşğələlərin ümumi didaktik məqsədləri eyni olsa da, hər bir müəllimin fərdi iş üslubundan asılı olaraq müxtəlif metodikalarla həyata keçirilir. Mühazirə oxuyan müəllim, heç olmazsa, bir qrupda özü seminar məşğələləri apannah, habelə tədris etdiyi kursun nəzəri vo praktik hissələrinin koordinasiyasını təmin etmək məqsədilə müntəzəm surətdə assistentlərin məşğələlərini dinləməli və korreksiya işi apannah, tələbələrin mühazirə konspektlərini nəzərdən keçinnəli və onların praktik məşğələlərə hazırlığım təmin etmək məqsədilə müstəqil işlərini təşkil etməlidir. Praktik məşğələlər biri-birindən nə qədər fərqlənsələr də onların hamısı üçün ümumi struktur elementləri mövcuddur. Praktik məşğələlərin ümumi struktur elementləri aşağıdakılardır:
• müəllimin giriş sözü;
• tələbələrə aydın olmayan məsələlərin şərhi:
• məşğələnin praktik hissəsi - tələbələrin müstəqil işləri:
• praktik məşğələnin yekıınlaşdırılması.
Məşğələlərin müxtəlifliyi onun praktik hissəsinin təşkili formalarından irəli gəlir. Məsələn; referatlann müzakirəsi, diskussiya, məsələ həlli, çıxışlar, tətbiqi tapşırıqlar, müşahidə, eksperiment və s. Praktik məşğələlərin məqsədi təkcə müəllim üçün deyil, tələbə üçün də aydın olmalıdır. Bu, praktik məşğələnin effektivliyini təmin edən qüvvətli amillərdəndir. Praktik məşğələlər elə təşkil olunmalıdır ki, tələbələri gərgin yaradıcı işə cəlb edib, məsələlərin düzgün və dəqiq həllinə yönəltsin. Praktik məşğələlərin müvəffəqiyyəti diferensiallaşdırmanm səviyyəsindən və pedaqoji ünsiyyətin produktivliyindən asılıdır. Praktik məşğələlər tələbələrin potensial imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün real şərait yaratmalıdır. Məşğələ aparan hər bir müəllim məşğələnin planını və icra olunacaq tapşırıqları müəyyənləşdirərkən hər bir tələbənin marağını və hazırlıq səviyyəsini nəzərə almalıdır. Müəllim məşğələ müddətində məsləhətçi rolunu oynamalı, tələbələrin müstəqilliyinə və təşəbbüskarlığına geniş meydan verməlidir. Praktik məşğələlərdə təkrarlara da xüsusi diqqət yetirilməlidir. Ancaq təkrarlar cansıxıcı, yeknəsəq və yorucu olmamalıdır. Təcrübə göstərir ki, biliklərin möhkəmləndirilmə.sini təmin edən təkrarlar variativ formada aparıldıqda müsbət nəticə verir.
Dostları ilə paylaş: |